Sığorta şirkətləri ən çox hansı hallarda ödəniş verməkdən imtinalar verir?
İlk yazılara olan rəğbəti və oxuculardan daxil olan sorğuları nəzərə alaraq bu dəfə şirkətlərin sığorta ödənişi verməmək üçün zərərçəkmişlərə göndərdiyi imtina məktubları barədə araşdırdıq.
Həyat və qeyri-həyat sığortası üzrə lisenziyaya malik şirkətlərin imtinalarını ümumiləşdirərək təqdim edirik.
Beləliklə sığorta şirkətlərinin ödəniş verməkdən əsas imtina səbəbləri:
1) Səlahiyyətli qurumların verdiyi natamam rəylərə istinad olunma. Avtoicbari, icbari əmlak, kredit, istehsalatda bədbəxt hadisə, peşə xəstəliyi, yığım sığortası kimi növlər üzrə şirkətlər ya sığorta qaydalarında, ya da müqavilədə, ya da ki qanunvericilikdə göstərilən qurumlara hadisəni və ya halı təsdiq barədə sorğu göndərsə də, qurumdan gələn qeyri-dəqiq rəy şirkətlər üçün bir əsas kimi götürülür.
2) Şəxslərin müqavilə bağlayarkən verdikləri natamam məlumat. Kredit və avtomobillərin kasko müqavilələrində düzgün maarifləndirmənin edilməməsi səbəbindən zərərçəkmiş hadisə zamanı "mən bunu demişdim" söyləməsi heç də şirkətin ödənişdən imtina etməsinin qarşısını almır.
3) Hadisə barədə vaxtında məlumat verməmək. Hüquqi şəxslərlə bağlanan sığorta müqavilələrində məlumatsızlıq səbəbindən 24 yaxud 48 saatlıq xəbərdaretmə şərtinə diqqət verilmir. Bu da imtina səbəbi kimi şirkətin əsası olur.
4) Sığorta qaydalarında göstərilən şərtlər. Hansı ki bu şərtlər müqavilə bağlananda müştəriyə bildirilmir. Müştəri, əsas da hüquqi şəxslər hər zaman şirkətin ödəniş edəcəyini düşünsə də, əksinə sığorta şirkətlərinin hüquqi şəxslər üçün maraqlı sürpriz qaydalarında göstərilən şərtlər ödənişə mane olur.
5) Qanunvericilikdə göstərilməyən səbəblər. Digər əsaslarla yanaşı sığorta şirkətləri bu kimi qanunvericiliyə zidd olan əsaslarla da ödəniş verməkdən imtina edə bilir.
"İnsurance Consulting Service" MMC bu halların hər biri üzrə ödənişin verilməsində müştərilərinə dəstək verir.
Müəllif: "İnsurance Consulting Service" MMC-nin direktoru Aqil Nuriyev
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
50 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
54 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)
.jpg)








.jpg)




