TƏBİB: "Vaksinasiyanın başlamasına baxmayaraq, hələ də karantinin tətbiqi zəruridir"
“Son günlər cəmiyyətdə ayrı-ayrı şəxslər arasında, bəzi Kütləvi İnformasiya Vasitələrində, sosial şəbəkələrdə bayram ərəfəsində TƏBİB-in karantin rejimini sərtləşdirəcəyi ilə bağlı şayiələr yayılıb”.
Bu barədə TƏBİB-in məlumatında bildirilib.
“Bununla bağlı bildiririk ki, karantin rejiminin müəyyənləşdirilməsi ilə bağlı hər hansı qərarın qəbulu birmənalı şəkildə TƏBİB-in səlahiyyətlərinə aid olan məsələ deyil. Başqa sözlə, koronavirusla əlaqədar qapanma və yaxud da yumşalma tədbirləri TƏBİB tərəfindən həyata keçirilmir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü kimi TƏBİB yalnız müalicə və müayinəylə bağlı tövsiyələr verir.
Bütün bunlarla bərabər, vurğulayaq ki, dünyada olduğu kimi, Azərbaycanda da karantin qaydaları insanların sağlamlığının qorunması üçün tətbiq olunur. Hətta bir çox ölkələrdə vaksinasiyanın başlamasına baxmayaraq, hələ də pandemiya ilə mübarizədə karantin qaydalarının tətbiqi zəruri hesab edilir. TƏBİB pandemiya ilə mübarizədə NK yanında Operativ Qərargahın qərarlarını icra edir və buna uyğun fəaliyyətini təşkil edir”, - deyə məlumatda bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 7 d. əvvəl
-
19 d. əvvəl
Azərbaycan fındığı xaricə daha baha satılıb, ixracından gəlirlər artıb
-
53 d. əvvəl
Xarici ölkələrə 158 min ton satılıb, 175 milyon dollar gəlir götürülüb
-
1 saat əvvəl
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
-
1 saat əvvəl
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
-
1 saat əvvəl
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
-
2 saat əvvəl
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
Dekabrın 23-də gözlənilən hava şəraiti
Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edilib
Bu dövlət şirkətinə 245 milyon manata yaxın faizsiz kredit verilib
Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb























