Gəncədə süd və ət istehsalı artıb
2020-ci ildə Gəncə şəhərində 114,4 ha əkin (ondan 69,3 hektar dənli və dənli paxlalı bitkilər, 22,8 hektar tərəvəz, 9,8 hektar kartof 9,5 hektar texniki bitkilər və 3,0 hektar yemlik bitkilər) aparılmışdır.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya verilən məlumata görə, hesabat ilində sahələrdən 159 ton taxıl, 230,7 ton tərəvəz, 139,3 ton kartof, 12,8 ton günəbaxan, 798,9 ton meyvə və giləmeyvə, 533 ton üzüm yığılmışdır. 2020-ci ildə kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 2 milyon 964,6 min manat, o cümlədən bitkiçilik məhsulları 2 milyon 426,1 min manat, heyvandarlıq məhsulları 538,5 min manat təşkil etmişdir.
Gəncə şəhərində 2020-ci ildə heyvandarlıq bölməsində 40,6 ton ət diri çəkidə, 474,3 ton süd istehsal edilmişdir. Keçən ilə nisbətən süd istehsalı 61,7 ton (15,0 faiz), ət istehsalı isə 2,1 ton (5,5 faiz) artmışdır. Ev təsərrüfatlarında 222 min ədəd yumurta istehsal edilmişdir.
2021-ci ilin yanvarın ayının1-i vəziyyətinə təsərrüfatlarda 1691 baş iribuynuzlu mal-qara, o cümlədən 671 baş inək və camış, 2680 baş qoyun və keçi, 15,0 min baş quş, 4388 arı ailəsi, 30 baş at mövcud olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
2 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
2 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 4 saat əvvəl
-
6 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























