"Azərbaycana səfər edən Tacikistan vətəndaşlarının sayı 50% artıb"
Martın 2-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Tacikistanın Turizmin İnkişafı üzrə Komitəsinin sədri Tojiddin Jurazoda arasında videokonfrans formatında görüş təşkil olunub.
Görüşdə Azərbaycan və Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.
Onlayn görüşdə, həmçinin 2019-cu ildə Azərbaycana səfər edən Tacikistan vətəndaşlarının sayının 50% artaraq 3500 nəfərə çatdığını, ancaq bu rəqəmlərin iki ölkə arasında turizm əlaqələrinin potensialını tam əks etdirmədiyini, bu səbəbdən qarşılıqlı tanıtımlar vasitəsilə turizm əlaqələrinin inkişaf etdirilməsinə ehtiyac olduğunu vurğulanıb.
Tərəflər turizm sənayesinin bütün dünyada çətin dövrdən keçdiyini, postpandemiya dövründə birgə tədbirlərin keçirilməsinin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir edəcəyini, xüsusilə bu münasibətlərin stimullaşdırmaq üçün info turların keçirilməsi, təcrübə mübadiləsinin aparılması, turizm şirkətlərinin əlaqələndirlməsinin təmin edilməsini və iki ölkə arasında birbaşa aviauçuşların açılması perspektivləri kimi məqamların vacibliyini qeyd ediblər.
Fuad Nağıyev tacikistanlı həmkarına Azərbaycanda turizmin inkişafına son illərdə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyi, hökumət tərəfindən pandemiyanın sənayeyə təsirlərini minimuma endirmək üçün dəstək paketinin təqdim olunması haqqında məlumat verib.
Agentlik sədri qələbə və azad edilmiş torpaqların turizm potensialı haqqında bəhs edərək bunun Azərbaycan turizmi üçün yeni imkanlar yaratdığını qeyd edib. Fuad Nağıyev Tojiddin Jurazodanı Azərbaycana dəvət edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir






















.jpg)
