Avronun yenidən ucuzlaşa biləcəyi ehtimalları artıb
EUR.
Avrozona iqtisadiyyatına dair nikbinliyin azalması, EUR/USD məzənnəsinin 1.22$-ın altında müqavimətlə rastlaşmasına və yenidən ucuzlaşa biləcəyi ehtimallarının artmasına səbəb olub. Bununla yanaşı, Amerikada hökümətin 1.9 trilyon dollarlıq korona yardım paketinin həftə ərzində qəbul edilməsi də, özünü dolların qiymətlərinə dəstək olması ilə göstərə bilər.
GBP.
Breksit və koronavirus pandemiyası fonunda İngiltərə iqtisadiyyatı böyük sınaq qarşısındadır. AB ilə münasibətlər konteksində Şimali İrlandiya mövzusu da riskləri artırır. Neft qiymətlərinin bahalaşması ilə dəstək görən funt sterlinqin qiymətləri, xüsusilə də GBPUSD məzənnəsinin son bir il yarımın maksimum səviyyəsini yeniləməsinə baxmayaraq, dinamika zəifləməkdədir və bu, yenidən ucuzlaşa biləcəyi ehtimallarını da artırır.
TRY.
Lirənin bahalaşma dalğasında zəifləmə müşahidə edilsə də, 6.96 və 6.88TL-yə kimi davam edəcəyi proqnozları gündəmdə qalmaqdadır.
Cümə axşamı Bakı vaxtı ilə saat 15:00-da dərc ediləcək TCMB-nin faiz qərarı da investorların diqqət mərkəzindədir.
OIL.
Enerji birjalarında Avropanın Brent neftinin bir barel qiyməti dəyər qazanmaqda davam edir və trendin 66$-a kimi davam edəcəyi ehtimal edilir.
Cümə axşamı saat 20:00-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Dünyada yumşaq fiskal siyasətlərin genişlənməsi və Amerikadan G7 ölkələrinə olan buna dair çağırışlara qarşı müqavimətin güclü olması, əlvan metallar bazarlarında qızılın ucuzlaşmasına səbəb olur. Beləliklə, 1830$-ın (58.8 $/qram) altında qalan bir unsiya üzrə qiymət, 1817$-ın (58.4 $/qram) qırılması ilə 1800$-a (57.9 $/qram) kimi də dəyər itirə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
36 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 50 d. əvvəl
-
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
2 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
3 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
3 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Ən çox oxunanlar
Bakıda 2-ci “Popeyes” restoranı açılır
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb






















