"İnkart" Şamaxıda!
(®️) Ötən ilin avqust ayında Dövlət bankı Azər Türk Bank, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və MasterCard beynəlxalq ödəniş sistemi Şamaxı şəhərində ölkədə ilk dəfə olaraq ictimai nəqliyyatda nağdsız ödənişlərin qəbulunu təmin etdi.
Layihə çərçivəsində yeni kampaniyaya start verilib. Belə ki, 8 fevral tarixindən etibarən Mastercard və "İnkart" kart sahibləri həftənin bazar ertəsi və cümə günləri Şamaxı şəhəri daxilində sərnişin avtobuslarının xidmətindən bir dəfə ödənişsiz istifadə edə biləcəklər.
İnfrastrukturun təkmilləşdirilməsi məqsədi ilə Şamaxı şəhərinin avtobus dayancaqlarında sərnişinlərə təmassız bank kartlarının təqdim olunmasını və doldurulmasını təmin edən xüsusi terminallar yerləşdirildi.
Eyni zamanda https://inkart.az/ və İnkart mobil əlavəsi müştərilərin istifadəsinə verilir. Bu xidmətlər sərnişinlərə kart hesablarını daha rahat izləməyə, balansını artırmağa və digər məlumatların əldə olunmasına imkanlar yaradır.
Qeyd etmək istəyirik ki, bu imkanlar sərnişinlərə nəinki bank kartları, eyni zamanda NFC texnologiyanı dəstəkləyən ağıllı cihazlar vasitəsilə də ödənişlər etməyə imkan verir.
Daha ətraflı məlumatı https://inkart.az/ saytından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
40 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 43 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















