"Türkiyədəki bazar payımız 18 faizdir"
SOCAR-ın Türkiyədəki “Petkim” neft-kimya kompleksi ilə “Star” neft emalı zavodunun inteqrasiyası 2-3 il ərzində baş verə bilər.
Bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) Emal və Neft-Kimya bölməsinin rəhbəri, “Petkim”in baş direktoru Anar Məmmədov deyib.
O bildirib ki, “Petkim”in “Star”ın səhmləri alması ilə bağlı planlarda hər hansı dəyişiklik olmayıb:
“COVID-19 müddətində kompleksin tutumunda azalma olmayıb. 2020-ci ildə istehsal baxımından 2019-cu ilin rəqəmlərindən uzaqda deyilik, balansla bağlı gözləntilər mənfi deyil. Epidemiya dövründə neft qiymətlərinin düşməsinin qısa müddətdə mənfi təsirləri oldu. Bu il ixracı azaltmışıq və əsas diqqəti daxili bazara yöləntmişik. “Petkim”in Türkiyədəki bazar payı hazırda 18 faizdir. Ölkənin tələbatını ödəmək üçün “Petkim” kimi 5 kompleksə ehtiyac var. Eynilə, neftayırma sahəsi üzrə də bəzi məhsullarda kəsir var. “Star” zavodunun isifadəyə verilməsinə baxmayaraq, ölkənin dizel yacacağı bazarında kəsir mövcuddur. Türkiyə ildə 3-4 milyon ton dizel yanacağı idxal edir. Cari kəsiri azaltmaq və yerli istehsalı artırmaq üçün yeni investisiyaları dəstəkləyirik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















