“Ziraat Bank Azərbaycan”ın əməliyyat mənfəəti artıb
“Ziraat Bank Azərbaycan” ASC 2020-ci ili 2 milyon 111 min manat xalis mənfəət ilə başa vurub. Bank 2019-cu ili 3 milyon 143 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması ehtiyatın yaradılmasına daha çox vəsait ayırması ilə əlaqədardır. Bankın cari biznes fəaliyyətinin nəticəsini daha dolğun əks etdirən əməliyyat mənfəəti artıb.
GƏLİRLƏRİ ARTIB
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə “Ziraat Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 21 milyon 283 min manat ikən, 2020-ci ildə 24 milyon 189 min manat təşkil edib. Bankın əməliyyat xərcləri (məqsədli ehtiyata ayırma, faiz və qeyri-faiz xərcləri) isə 2019-cu ildəki 16 milyon 364 min manatdan, 2020-ci ildə 18 milyon 384 min manata yüksəlib. Bankın əməliyyat gəlirləri əməliyyat xərclərindən daha çox artdığından əməliyyat mənfəəti yüksəlib. 2019-cu ildə 4 milyon 919 min manat təşkil etmiş əməliyyat mənfəəti 2020-ci ildə 5 milyon 805 milyon manat olub.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar artdığından “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti aşağı düşüb. 2019-cu illə müqayisədə 2020-ci ildə ehtiyatın yaradılmasına ayırmalar 3,2 dəfə artaraq 3 milyon 165 min manata yüksəlib.
Ötən il Bankın faiz gəlirləri 356 min manat, qeyri-faiz gəlirləri isə 2 milyon 551 min manat artıb.
AKTİVLƏRİ 300 MİLYON MANATA YAXINLAŞIB
“Ziraat Bank Azərbaycan”ın cəmi aktivləri 2019-cu illə müqayisədə 2020-ci ildə 45 milyon 470 min manat və ya 17,9% artaraq 298 milyon 961 min manata çatıb. Bankın müştərilərə verdiyi cəmi kreditlər 12 milyon 875 min manat və ya 8,8% artaraq 158 milyon 309 min manata yüksəlib.
BANKDA DEPOZİTLƏR ARTIB
Ötən il “Ziraat Bank Azərbaycan”da cəmi depozitlər 66 milyon 227 min manat artaraq 151 milyon 868 min manata, o cümlədən fiziki şəxslərin müddətli depozitləri 9 milyon 465 min manat artaraq 55 milyon 916 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
31 Dekabr 2020-ci il tarixində “Ziraat Bank Azərbaycan” 70 milyon 83 min manat məcmu kapitala malik olub. Bank 2019-cu ilin sonunda 68 milyon 702 min manat məcmu kapitala malik idi.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC-nin səhmdarları “T.C.Ziraat Bankası Anonim Şirkəti” (99.98%), “Ziraat Sigorta Anonim Şirkəti” (0.01%) və “Ziraat Yatırım Menkul Değerler Anonim Şirkəti”dir (0.01%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 24 d. əvvəl
-
54 d. əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
1 saat əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
-
2 saat əvvəl
Azərbaycan kapital bazarlarında ilk: ABB Invest “agile” (çevik) idarəetməyə keçdi!
-
2 saat əvvəl
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
-
3 saat əvvəl
“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
Ən çox oxunanlar
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
SİMA həlləri WUF13-də təqdim edildi
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Azərbaycan neftinin son qiyməti















.jpg)





