“AccessBank” ötən ili mənfəətlə başa vurub- MALİYYƏ VƏZİYYƏTİ
Karantin tədbirlərinin tətbiq edildiyi və iqtisadi aktivliyin kəskin aşağı düşdüyü 2020-ci ili “AccessBank” QSC 2 milyon 621 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2019-cu ili 89 milyon 704 min manat xalis zərər ilə bağlamışdı.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə faiz gəlirləri 95 milyon 887 min manat ikən, 2020-ci ildə 94 milyon 227 min manat təşkil edib.Qeyri-faiz gəlirləri isə 27 milyon 924 min manatdan 9 milyon 543 min manata geriləyib.
Ötən il Bankın faiz və qeyri-faiz xərcləri azalıb. Ötən il Bankın cəmi faiz və qeyri-faiz gəlirləri 103 milyon 770 min manat, cəmi faiz və qeyri-faiz xərcləri 101 milyon 756 min manat təşkil edib. 2019-cu ilə müqayisədə 2020-ci ildə cəmi gəlirlər 20 milyon 41 min manat, cəmi xərclər isə 8 milyon 273 min manat azalıb.
2019-cu ildə 13 milyon 782 min manat təşkil etmiş əməliyyat mənfəəti 2020-ci ildə 2 milyon 14 milyon manat olub. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 607 min manat mənfəətə əlavə edilib. Bank ötən il mənfəət vergisi ödəmədiyindən ili 2 milyon 621 min manat xalis mənfəət ilə başa vurub.
Xatırladaq ki, 2019-cu ildə “AccessBank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 89 milyon704 min manat ayırdığı üçün həmin ili zərər ilə bağlamışdı.
31 Dekabr 2020-ci il tarixində “AccessBank” 855 milyon 854 min manat cəmi aktivlərə malik olub, o cümlədən cəmi aktivlərin 502 milyon 582 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2019-cu ilin sonunda Bankın cəmi aktivləri 897 milyon 886 min manat, müştərilərə verilmiş kreditlər 610 milyon 958 min manat təşkil etmişdi.
ACCESSBANKDA HÜQUQİ ŞƏXSLƏRİN VƏSAİTLƏRİ ARTIB
2019-cu ilin sonunda 660 milyon 960 min manata çatmış cəmi depozitlər 2020-ci ilin sonunda 627 milyon 561 min manat olub. Ötən il fiziki şəxslərin cəmi depozitləri 57 milyon 288 min manata azalaraq 497 milyon 063 min manata geriləyib, hüquqi şəxslərin depoitləri isə 23 milyon 889 min manat artaraq 130 milyon 498 min manata yüksəlib.
MƏCMU KAPİTALI NORMADAN ÇOXDUR
Ötən ilin sonunda "AccesBank"ın məcmu kapitalı 79 milyon 203 min manat təşkil edir. Bu göstərici məcmu kapital normasından (50 milyon manat) 29 milyon 203 min manat çoxdur.
Dekabr ayının sonuna Bankın ani likvidlik əmsalı 79.6% təşkil edib, bu isə normadan (30%) təxminən 3 dəfə yüksəkdir.
2020-ci ilin 4-cü rübünün nəticələrini şərh edən “AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgenia Qaşikulina bildirib:
“2020-ci il pandemiya ilə əlaqəli tətbiq olunmuş karantin rejimi fonunda iqtisadi fəaliyyətin endiyi bir il oldu. Buna baxmayaraq, “AccessBank” missiyasına sadiq qalaraq, mikro, kiçik və orta sahibkarlara hərtərəfli dəstək oldu. Bu il dəstək yalnız maliyyə təminatında deyil, həm də pandemiyadan əziyyət çəkən bizneslərin kreditlərinin aktiv şəkildə restrukturizasiya olunmasında idi. Bundan başqa, bir neçə ildən sonra ilk dəfə olaraq, Bankımız ili mənfəətlə başa vurdu. Həmçinin, “AccessBank” nüfuzlu beynəlxalq “The Banker” jurnalı tərəfindən “İlin Bankı” seçildi. Biz, 2021-ci ilə pozitiv baxırıq və bölgələrdə fəal iştirakımız və aqro-sahibkarlara dəstəyimiz sayəsində, biznesin inkişaf perspektivini görürük.”
Bankın yaydığı məlumatda bildirilir ki, 2020-ci ilin 4-cü rübündə bank tərəfindən 87 milyon manat məbləğində yeni kredit verilib. Bundan başqa, üç ay ərzində Bankın müştərilərinin vəsaitləri 21 milyon manat artıb. Bu göstəricidə hüquqi şəxslərin payı 13 milyon manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
6 d. əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
-
9 d. əvvəl
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
- 40 d. əvvəl
- 46 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
-
1 saat əvvəl
İlk milli ictimai nəqliyyat ödəniş həlli olan CityCard qlobal sazişə imza atır.
-
1 saat əvvəl
Mövzu: AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
-
1 saat əvvəl
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
Ən çox oxunanlar
Mövzu: AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!
Böyük planlarınız üçün böyük kredit Expressbankda
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb






.jpg)
.jpg)






.jpg)






