Fitch: İlin ilk rübündə qlobal neft tələbində azalma ola bilər
Beynəlxalq kredit reytinqi təşkilatı Fitch Ratings, yeni növ koronavirus (Kovid-19) epidemiyası səbəbilə bu ilin ilk rübündə qlobal neft tələbində azalma ola biləcəyini açıqlayıb.
Marja xəbər verir ki, Fitch-in yaydığı açıqlamaya görə, 2021-in ilk rübündə xüsusilə epidemiya ilə mübarizə edə bilmək üçün məhdudiyyətlərin yenidən artırılması nəticəsində Avropa ölkələri daxil bir çox bölgədə qlobal neft tələbində azalma ola bilər.
Açıqlamada, "Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun istehsal siyasətləri və epidemiyanın istiqaməti, bu il qlobal neft qiymətlərində itələyici güc olmağa davam edəcək. Epidemiya səbəbilə tələb hər nə qədər aşağı olsa da, istehsalın azaldılması, bir çox ölkədə peyvəndləmənin başlamasının sərmayəçi optimizmini artırması səbəbilə neft qiymətləri 2020-ci ilin Oktyabr ayından bu yana aşkar bir şəkildə yüksəlib",- deyilir.
Peyvəndləmə proqramları tam olaraq təsirli hala gələnə qədər - 2021-ci ilin ilk yarısına qədər neft qiymətləri üzərində təzyiqin davam edə biləcəyi qeyd edilən açıqlamada, Beynəlxalq Enerji Agentliyinin (IEA) bu ilin ilk rübündə gündəlik orta tələbin 94,1 milyon barel səviyyəsində olmasını gözlədiyi bildirilib.
Çində iqtisadi yığışmanın neft tələbini dəstəklədiyi qeyd edilən açıqlamada, neft tələbi üzərindəki itələyici təsirin, əhalinin kritik əhəmiyyətdəki seqmentinin peyvənd edilməsinin tamamlanmasına qədər görülməyəcəyi bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 9 d. əvvəl
- 39 d. əvvəl
- 43 d. əvvəl
- 48 d. əvvəl
-
59 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb




























