"Peugeot-Citroen"in satışları kəskin azalıb
Fransanın “PSA Group” (“Peugeot-Citroen”) avtomobil konserninin qlobal avtomobil satışları 2020-ci ildə illik ifadədə 27,8% azalaraq 2,512 mln. vahid təşkil edib.
Bu barədə şirkətin heaabatında deyilir.
Hesabat ilində “Peugeot” brendinin satışları 23% azalaraq 1,112 mln. avtomobil təşkil edib. “Citroen” brendi üzrə azalma 27,5% (717,19 min avtomobil), “Opel”/”Vauxhall” üzrə azalma 35% (632,69 min avtomobil), DS üzrə isə 29,5% olub (43,69 min avtomobil).
Region üzrə ən böyük azalma Avropada qeydə alınıb – 29,7% (2,123 mln. avtomobil). Latın Amerikasında da azalma 29,7% təşkil edib (95,36 min avtomobil). Çində ötən il 45,97 min avtomobil realizə edilib ki, bu da əvvəlki illə müqayisədə 57,7% azdır. Hindistan, Asiya və Sakit oket regionunda “PSA Group”un satışları 6,6% azalaraq 32,75 min avyomobil təşkil edib. Yaxın Şərq və Afrika regionunda bu göstərici 20% artaraq 197,12 minə çatıb.
Xatırladaq ki, PSA (əvvəlki adı “PSA Peugeot-Citroen”) Avropanın ikinci ən böyük minik avtomobil istehsalçısıdır (lider “Volkswagen AG” – red.). Konsern 1976-cı ildə “Peugeot” şirkətinin “Citroen”in 90% səhmini alınması vasitəsilə yaradılıb.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























