İraq da neft qiymətlərini artırdı
Səudiyyə Ərəbistanının ardından İraq da bəzi xam neft tariflərində qiymət artımına qərar verib.
Marja xəbər verir ki, OPEC daxilində ən böyük ikinci istehsalçı olan İraq Fevral ayı üçün Asiya bazarına verdiyi Bəsrə yüngül xam neft qiymətlərini 70 sent artırıb. İraq eyni zamanda Asiya üçün Bəsrə orta və ağır xam neft qiymətlərini də yüksəldib.
Ölkə ABŞ-a verdiyi bəzi növ neftlər üçün qiymət artımına gedərkən, Avropa bazarı üçün bütün neft növlərində 80 sentlik endirimə gedib.
Ölkə Sentyabr ayında da bənzər şəkildə Səudiyyə Ərəbistanının ardından qiymətlərini artırmağa qərar vermişdi.
Neft ixrac edən ölkələrin hasilatı əlavə azaltmaq qərarları və tariflərin artırılması qiymətlər üzərində də təsirini göstərməyə başlayıb. Brent neftin qiyməti 56 dollara yaxınlaşıb.
Yeni ilin ilk həftəsində Səudiyyə Ərəbistanı neft istehsalını əlavə azaltmaq qərarı qəbul etmişdir. Belə ki, ölkə Fevral və Mart aylarında könüllü olaraq neft istehsalında gündəlik 1 milyon barellik əlavə ixtisara gedəcəyini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























