Azərbaycanda 4 ildə 14 ton qızıl və 14,7 ton gümüş hasil ediləcək - PROQNOZ
Azərbaycan 2024-cü ildə 2 960,8 kq qızıl filizləri və konsentratları istehsal edəcək ki, bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 21,5% azdır.
Bu barədə büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə bildirilir.
Proqnoza əsasən, 2021-ci ildə Azərbaycanda 3 770,9 kq qızıl filizləri və konsentratları istehsal ediləcək. 2022-ci ildə bu göstərici 3 699,6 kq, 2023-cü ildə isə 3 502 kq təşkil edəcək.
Ümumiyyətlə, növbəti 4 il ərzində ölkədə 13 933,3 kq qızıl filizləri və kondensatları hasil ediləcəyi gözlənilir.
Məlumata görə, istehsalın azalması gümüş hasilatı sahəsində də müşahidə ediləcək. Belə ki, 2024-cü ildə ölkədə 3 505,3 kq gümüş filizləri və konsentratları istehsal ediləcək, bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 7,2% azdır.
Qeyd edilir ki, 2021-ci ildə Azərbaycanda 3 775,3 kq gümüş filizləri və konsentratları istehsal ediləcək. 2022-ci ildə bu göstərici 3 751,5 kq, 2023-cü ildə isə 3 685,7 kq təşkil edəcək.
Ümumiyyətlə, 2021-2024-cü illərdə ölkədə 14 717,8 kq gümüş filizləri və kondensatlarının hasil ediləcəyi proqnozlaşdırılır.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)



