“Böhran dövründə yeni məhsul və xidmətlər təklif edən ən qabaqcıl bank”
Bank of Baku, Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən təşkil olunan “AMFA Mükafatlandırma Proqramı – 2017” çərçivəsində mükafata layiq görülüb.
Belə ki, müsabiqə çərçivəsində elan edilən “Böhran dövründə yeni məhsul və xidmətlər təklif edən ən Qabaqcıl Təşkilat” nominasiyasının qalibi məhz Bank of Baku seçilib. Yerli və beynəlxalq maliyyə qurumlarının iştirakı ilə keçən tədbirdə Bank of Baku-ya mükafatı Asiya İnkişaf Bankının Baş İqtisadçısı Nail Vəliyev təqdim edib.
Sektorunun innovatoru olaraq tanınan Bank of Baku, böhran dövründə də fəaliyyətini müştərilərinin tələb və ehtiyaclarına uyğun şəkildə qurmuş, bir çox yeni məhsul və xidmətlərini onların istifadəsinə təqdim etmişdir. 2015 və 2016-cı illərdə təqdim olunan bu məhsul və xidmətlər arasında aşağıdakıları xüsusilə qeyd etmək lazımdır:
-Bolkart debet kartları – şəxsi vəsaitdən istifadə imkanı verən bu kartlar sahiblərinə hər alış-verişdə 15%-dək bal qazanma, istədikləri an balanslarını cəmi 5 saniyə ərzində artırma və heç bir komissiya tutulmadan nağdlaşdırma imkanı verməklə bazara təqdim olundu;
-İstifadə imkanları genişləndirilən “Ödəniş Terminalı” – bir çox bank əməliyyatlarının icrası mümkün olan bu terminal vasitəsilə Bank of Baku-nun kart sahiblərinə balanslarını 24/7 rejimində 5 saniyə ərzində artırmaq imkanı verildi;
-İŞKART – sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, eləcə də VÖEN əsasında xidmət göstərən istənilən şəxsə təqdim olunan biznes kart məhsulu istifadəyə verildi;
-Əmək haqqı kartları – korporativ müştərilərə əməkdaşlarına əmək haqqılarını sərfəli şərtlərlə köçürmə imkanı verməklə yanaşı, bir çox üstünlüklər qazandıran debet funksiyalı bu kartlar bazara təqdim edildi;
-Təkmilləşdirilmiş İnternet bankçılıq xidməti – bankdaxili pul köçürmələrinin pulsuz, ölkədaxili köçürmələrin isə 50%-dək ucuz edilməsi imkanı yaradıldı, həmçinin cərimə və büdcə ödənişləri xidmətə əlavə edildi;
Debit funksiyalı Bolkart təqaüd kartı – ölkədə ilk dəfə debit funksiyalı təqaüd kartları tələbələrin istifadəsinə verildi.
Fiziki və hüquqi şəxslərə geniş çeşidli maliyyə xidmətləri göstərən Bank of Baku növbəti illərdə də, onları yeniləyərək təkmilləşdirməyi, həmçinin istək və ehtiyaclarına cavab verəcək yeni xidmət və məhsulları təqdim etmək niyyətindədir.
Daha ətraflı:
145 məlumat mərkəzi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
5 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
7 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
7 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
7 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar

















.jpg)


