"Neft qiymətlərinin aşağı düşməsi Neft Fondunun tükənməsinə gətirib çıxara bilər" - RƏSMİ
2020-ci ildə OPEC+ ölkələri arasında xam neft hasilatının əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı sazişin əldə olunması və son aylarda COVID-19 infeksiyasına qarşı uğurlu peyvənd sınaqları xam neft qiymətlərinin artımına öz müsbət təsirini göstərməkdədir.
Marja xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.
Məlumata görə, 2020-ci ilin ilk 9 ayında Azərbaycanda neft və qaz sektoru üzrə yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisinin 30,2 %, dövlət büdcəsi gəlirlərində payının 54,6 % və ölkənin ixracında payının 87,2 % olduğunu nəzərə alaraq neft qiymətlərinin dəyişməsinin makroiqtisadi və fiskal göstəricilərə təsiri qaçınılmazdır.
"Bu baxımdan dövlət büdcəsinin tərtibi zamanı dövlət büdcəsinə edilən transfertin həcminin xarici valyutada deyil, manat ifadəsində müəyyən olunması qlobal əmtəə bazarlarında yaranmış neft qiymətləri üzrə volatilliyin dövlət büdcəsinə birbaşa təsirinin azalmasına xidmət edir. Beləliklə, dövlət büdcəsinin neft gəlirlərinin mühüm komponenti olan Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi neftin qiymətindən və valyuta məzənnəsindən asılı deyildir.
Bununla belə, neft qiymətlərinin aşağı düşməsi Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin daha sürətlə tükənməsinə gətirib çıxara bilər. Neftin qiymətlərində müşahidə olunan mənfi dinamikanın dövlət büdcəsinə birbaşa təsiri isə Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin dövlət büdcəsinə ödədiyi vergilərdəki azalmaların hesabına baş verir.
2021-ci il üçün büdcə gəlirlərinin hesablanması zamanı 40 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barelinin satış qiyməti 35 ABŞ dollarına enərsə, neftin qiymətindəki azalmanın dolayı yolla qeyri-neft sektoruna təsirləri nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri üzrə 0,5 % olmaqla, ümumilikdə dövlət büdcəsinin gəlirlərində proqnozla müqayisədə 1,3 % azalma ola bilər.
Xam neftin hasilatının azalması (o cümlədən, OPEC+ ölkələri tərəfindən qəbul ediləcək qərara uyğun olaraq) icmal büdcənin gəlirlərinə mənfi təsiri göstərə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
14 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 24 d. əvvəl
- 27 d. əvvəl
- 35 d. əvvəl
-
39 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
53 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı




















