Türkiyə şirkəti Yaponiya şirkətinin bir qolunun böyük hissəsini satın aldı
Türkiyənin Arçelik şirkəti, Yaponiyanın Hitachi şirkəti ilə qlobal ev alətləri bazarında böyük payı ilə nəzarət edəcəyi bir ortaqlıq yaradılması üçün səhm satınalma müqaviləsi imzalandığını açıqladı. Arçelik yeni qurulacaq şirkətin səhmlərinin 60%-ni 300 milyon dollara alacaq.Türkiyənin Arçelik şirkəti, Hitachi şirkətilə Yaponiya xaricindəki ev alətləri bazarı üçün ortaqlıq qurduqlarını rəsmi olaraq açıqlayıb.
Marja Şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, Arçelik şirkəti Hitachi şirkətilə Yaponiya bazarı xaricindəki qlobal ev alətləri bazarında bir ortaqlıq yaradılması üçün səhm satınalma müqaviləsi imzalayıb.
Hitachi Hollandiyada şirkət quracaq
Razılaşmaya görə, Hitachi, Hollandiyada yeni bir şirkət quracaq, 12 şirkətini və bu şirkətlərin tərkibindəki ev alətləri biznes qolunun bütün aktivlərini yeni quracağı şirkətə təhvil verəcək. Arçelik qurulan bu şirkətin səhmlərinin 60%-ni 300 milyon dollara satın alacaq.
Əməliyyat, Hitachi-nin Tayland və Çində istehsal müəssisələri olan iki şirkətini və bölgədəki 10 satış şirkətini (Tayland, Çin, Honq-Konq, Tayvan, Sinqapur, Malayziya, İndoneziya, Orta Şərq, Vyetnam və Myanma) ehtiva edir. Bu şirkətlərin əsasən soyuducu, paltaryuyan maşın, elektrikli süpürgə, düyü bişirici, su nasosu və kondisioner satdığı qeyd edilib. Açıqlamaya görə, Tayland və Çindəki istehsal şirkətlərinin soyuducu və paltaryuyan maşın istehsalı gücü illik cəmi 3 milyon ədəddir.
Əməliyyatın 1 Aprel 2021-ci qədər tamamlanması planlaşdırılır.
Təhvil alınacaq Hitachi ev alətləri biznes qolunun 31 Mart 2020 tarixində sona çatan maliyyə dövründə xalis gəlirinin təxminən 1 milyard ABŞ dolları, mənfəətinin təxminən 70 milyon ABŞ dolları səviyyəsində olub. Şirkətlərin 3800-ə yaxın işçisi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























