"Ən böyük çətinlik böyük tələbə cavab verə bilməkdir"
Koronavirus pandemiyasının ən çox yayıldığı ölkə olan ABŞ Biontech/Pfizer peyvəndinin istifadəsinə icazə verib və ölkədə bazar ertəsi günü peyvəndləmə işləri başlayacaq.
Marja xəbər verir ki, Biontech şirkətinin rəhbəri Uğur Şahin hazırda qarşı-qarşıya qaldıqları ən böyük çətinliyin böyük tələbə cavab verə bilmək olduğunu söyləyib.
Uğur Şahin qeyd edib ki, 2021-ci ildə 1,3 milyard doza peyvənd istehsal edə biləcəklər. 95% təsirli olan Biontech/Pfizer peyvəndinin iki dozada vurulduğunu nəzərə alsaq bu istehsal ilə peyvəndləmə 650 milyon nəfəri əhatə edəcək.
Şirkət yeni istehsal sahəsini iş salmağı da nəzərdə tutur.
Şahin, "İstehsaldakı çətinlikləri həll etməyimiz lazımdır. Daha çox dozaya ehtiyacımız olacağı çox açıqdır. Necə daha çox doza istehsal edə biləcəyimizi planlaşdırırıq. 2021-ci ildə əsas planımız 1,3 milyard doza istehsala nail olmaqdır. Genişlədilmiş bir plan üzərində çalışırıq", - bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
8 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
9 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
10 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















