Neft həftəyə ucuzlaşma ilə başlayıb
Neft qiymətləri keçən həftə OPEC+, peyvənd və maliyyə təşviqi paketi xəbərləri ilə yüksəldikdən sonra bu həftəyə geriləməklə başlayıb.
Ötən həftə OPEC və müttəfiqləri Yanvar ayından etibarən hasilatın gündəlik 500 min barel artırılmasını təsdiqlədilər və sonrakı addımlar üçün hər ay toplanmağı qərarlaşdırdılar. Səudiyyə Ərəbistanı isə tələbin kifayət qədər güclü olduğuna güvənərək Asiya bazarlarında qiymətləri artırıb.
ABŞ Nümayəndələr Palatasının spikeri Nancy Pelosi, yeni bir maliyyə təşviq paketinin üzərində razılaşmanın Amerikalılara kömək etmək üçün ən yaxşı şans olduğunu ifadə edib.
Xam neft qiymətlərinin gələcəyi tamamilə Kovid-19 peyvəndinin istifadə edilib edilməyəcəyinə bağlıdır.
Bidenin sanksiyaları bir miqdar yüngülləşdirəcəyini düşünən İran neft ixracını və Liviya da istehsalı artırmağa hazırlaşarkən, OPEC+ gedərək daha çox hasilat təzyiqilə qarşı-qarşıya qalır.
OPEC+ gündəlik 1,9 milyon barel artım yerinə 500 min barel artımı seçərək bazardakı yüksəlişi davam etdirmək üçün çətin bir qərar verdi. ABŞ-da təşviq paketi müzakirələri də dəstəkləyici bir faktor ola bilər, lakin peyvənd tərəfindən daha çox dəstəyə ehtiyac var.
Brent neftinin qiyməti 1,1% düşərək bareli 48,73 dollara geriləyib (Bakı vaxtı ilə saat 20:27-yə olan məlumat). Ötən həftə Brent neftinin qiyməti 50 dollara yaxınlaşmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























