Qızıl daha da ucuzlaşdı
Qızılın unsiyasının qiyməti koronavirusa qarşı peyvənd xəbərləri və qlobal iqtisadi inkişafın toparlanacağına dair müsbət siqnallar ilə düşməkdə davam edir.
Marja xəbər verir ki, qızılın unsiyasının qiyməti 1800 dollardan da aşağı düşüb. Bakı vaxtı ilə saat 09:24-də qızılın unsiyası 1,1% ucuzlaşma ilə 1767 dollardan ticarət olunub.
Qızılın ucuzlaşmasına koronavirusa qarşı peyvəndlərin tapılması, iqtisadi inkişafın bərpa olunacağı gözləntiləri və ABŞ seçkilərinin nəticəsinə dair qeyri-müəyyənliyin azalması səbəb olur.
Qeyd edək ki, böhran və qeyri-müəyyən vaxtlarda qızılı "etibarlı liman" alışları ilə bahalaşır. Risklər azaldıqda və iqtisadi inkişaf bərpa olunduqda isə qızılın qiyməti geriləyir. Koronavirusa qarşı peyvəndlərin təsirli olması, gələn il karantin tədbirlərinin tam ləğvi və iqtisadi inkişafın bərpa olunacağına dair nikbinliyi artırıb.
Qiymətin 1760-1780 dollar aralığından aşağı düşərsə 1600 dollara qədər enə biləcəyi qeyd olunmuşdu.
2020-ci ilin Avqust ayında qızılın qiyməti əlavə təşviq gözləntiləri, aşağı faizlər, ABŞ ilə Çin arasında artmağa davam edən gərginlik və digər artan geo-siyasi risklər ilə əlaqədar olaraq 2000 dolları aşmış və 2089 dolları görmüşdü. Rekord səviyyədən bu yana qızılın unsiyasının qiyməti 15%-dən çox geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 17 d. əvvəl
-
- 22 d. əvvəl
-
40 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 43 d. əvvəl
- 48 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
















.jpg)






