OPEC-in Baş katibi: Tunelin sonunda işıq var və bu, ürəkaçandır
Hazırkı dövr OPEC-in tarixində kritik dövr kimi qalacaq. Gördüyümüz işin nəticələri bu mühüm dövrdə dünyada güclü təsirə malikdir. Tunelin sonunda işıq var və bu, ürəkaçandır.
Bu sözləri OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo deyib. O, OPEC və bəzi OPEC-ə üzv olmayan ölkələrin imzaladığı Əməkdaşlıq Bəyannaməsinin iştirakçıları arasındakı texniki toplantıların əlaqələrin inkişafı, məlumat mübadiləsi, əməkdaşlığın dərinləşməsi və dünya neft bazarında qarşıya çıxan məsələlərin birgə müzakirəsi baxımından əhəmiyətini qeyd edib. Həmçinin COVID-19 pandemiyası zamanı son aylarda Əməkdaşlıq Bəyannaməsinin iştirakçılarının göstərdiyi güclü dəstəyi vurğulayıb, mütəxəssislər tərəfindən müzakirə edilən mövzuların, qarşıda duran çətinliklərin öhdəsindən gəlinməsi üçün məlumatların toplanması və neft anbarındakı inkişafların izlənməsinin vacibliyini bildirib.
M.Barkindo deyib: “Bu mühüm dövrdə Əməkdaşlıq Bəyannaməsinin iştirakçılarının bazarın sabitliyinə töhfəsi şübhəsiz ki, dünya neft sənayesini və qlobal iqtisadiyyatı daha ciddi nəticələrdən xilas etdi. Bu, şübhəsiz ki, OPEC tarixində kritik dövr kimi qalacaq. Gördüyümüz işin nəticələri bu mühüm dövrdə dünyada güclü təsirə malikdir. Tunelin sonunda işıq var və bu, ürəkaçandır”.
O, Əməkdaşlıq Bəyannaməsinin iştirakçılarına öhdəliklərə sadiq olduqları, bu çətin aylarda istehsal tənzimləməsi qərarlarının və nailiyyətlərin arxasında kollektiv əhval-ruhiyyəni qoruduqları üçün üçün təşəkkür edib.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























