Neftin bahalaşması OPEC+ yığıncağı əvvəli dayanıb
Brent neft, hasilatın azaldılmasının davam edib etməyəcəyinə dair qərarın veriləcəyi OPEC+ yığıncağına günlər qalmış 47 dollar səviyyələrində ticarət olunur.
Qərbi Texas Nefti (WTI) Çərşənbə günü 1.5% düşdükdən sonra Minnətdarlıq Günü səbəbilə ABŞ bazarlarının tətildə olmasına görə Cümə axşamı günü ticarət olunmadı.
Marja xəbər verir ki, Bloomberg-in sorğusuna qatılan analitiklərin böyük bir hissəsi, OPEC+ın neft hasilatının azaldılmasını Mart ayına qədər uzadacağını düşünürlər. Bəzi analitiklər isə İraq və Birləşmiş Ərəb Əmrliklərindən gələn etirazları nəzərə alaraq daha qısa bir uzatma olacağını düşünürlər.
OPEC+ yığıncağı gələn həftənin bazar ertəsi günü keçiriləcək.
OPEC-in rəhbəri isə istehsalın artırılması vəziyyətində gələn il təklif çoxluğu baş verə biləcəyini və Qrupun diqqətli olması lazım olduğunu bildirib.
Xam neft, koronavirusa yoluxanların artmasına baxmayaraq peyvənd xəbərləri ilə bu həftə 6%, noyabr ayında isə 27% bahalaşıb.
Bakı vaxtı ilə saat 10:20-də Brent neft 0,4% ucuzlaşma ilə 47.80 dollardan, Qərbi Texas Nefti (WTI) isə 0,02% ucuzlaşma 44.93 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























