Mənfi faizli istiqrazlarda yeni rekord
Dünyada mənfi faizli istiqrazların cəmi məbləği 17,5 trilyon dollara çataraq yeni rekord qırıb.
Pandemiyadan əvvəl geriləmə qeyd edən mənfi faizli istiqrazların cəmi məbləği yeni rekord qırıb.
Marja xəbər verir ki, Bloomberg Barclays Mənfi Gəlirlilikli Borc Bazarları İndeksinə görə, mənfi faizli istiqrazların cəmi dəyəri 17,5 trilyon dollara çataraq indiyədək ən yüksək səviyyəsinə çatıb.
2019-cu ilin Avqust ayında 16 trilyon dollara çataraq rekord qıran mənfi faizli istiqrazlara tələb, pandemiya dövründə yenidən artmışdır.
Avropa ölkələri epidemiyadan əvvəl də mənfi faizli istiqrazlar emissiya etməyə başlamışdılar. Lakin epidemiyanın iqtisadiyyatlarına mənfi təsirini azaltmaq üçün tətbiq olunan qiymətli kağız alış proqramları, təşviq paketləri və digər tədbirlər ilə buraxılan istiqrazların gəlirlilikləri də gedərək düşməyə başlayıb.
Almaniya 2019-cu ilin may ayından bəri mənfi faizlə borclanır, faiz nisbəti pandemiya narahatlıqlarının ən yüksək səviyyədə olduğu 9 mart 2020-də -0.85 faiz təşkil edib.
Fransa isə Yanvar ayından sonra mənfi borclanmağa başlamışdır.
21 Yanvarda mənfi faiz sahəsinə keçən Fransa xəzinə istiqrazları 9 Marta qədər mənfi sahədə qaldıqdan sonra ani bir yüksəlişlə 0.34%-ə yüksəlmişdi. Sonradan mərhələli olaraq düşən istiqraz faizləri 20 Noyabrda -0.35%-ə geriləyib.
Sonuncu dəfə Çin ötən həftə mənfi faizli istiqraz emissiya edib. Beş illik 750 milyon avro məbləğindəki istiqraz -0.125 faizlə yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























