Qlobal borclar 272 trilyon dolları aşaraq rekord qırdı
Qlobal borc səviyyəsi, bu ilin yanvar -sentyabr dövründə 15 trilyon dollar artaraq 272 trilyon dolları aşıb və rekord qırıb.Beynəlxalq Maliyyə İnstitutunun (IIF) nəşr etdiyi "Qlobal Borc Monitoru" hesabatına görə, 2020-ci ilin 9 ayı ərzində qlobal borc məbləği 15 trilyon dollar artaraq 272 trilyon dolları keçib.
Marja hesabata istinadən xəbər, cəmi borc dünyadakı cəmi ümumi daxili məhsulun (ÜDM) 364%-nə çatıb.
IIF-in hesabatında, qlobal borcun, Kovid-19 epidemiyasında dövlət və şirkət borclarında kəskin bir artımla il sonunda 277 trilyon dollar təşkil edəcəyi və dünya ÜDM-nin 365%-inə çatmasının gözlənildiyi qeyd edilib.
ABŞ-ın borcundakı artıma yer verilən hesabatda, 2019-cu ilin sonunda 71 trilyon dollar olan ölkənin cəmi borcunun bu il 80 trilyon dollara çatdığı bildirilib.
IIF-in borc hesabatında, Avro Bölgəsinin cəmi borcunun da 1,5 trilyon dollar artaraq 53 trilyon dollara yüksəldiyi ifadə edilib.
Hesabatda, Çinin borc səviyyəsindəki artıma yer verilərək, 2011-də ölkənin cəmi borcunun ÜDM-in 200%-nə bərabər gəldiyi və bunun ilin üçüncü rübündə isə ÜDM-inin 335%-nə yüksəldiyi qeyd edilib.
İnstitutun hesabatına görə, cəmi ÜDM-ə nisbətlər, ilin üçüncü rübündə əhaliyə aid borclar 49,2%-ə (2019-da 47,1%), qeyri-maliyyə şirkətlərinə aid borclar 79,6%-ə (2019-da 73,7%) yüksəlib. Eyni dövrdə, dövlətlərə aid borclar 77,6% (2019-da 69,1%) və bank kimi maliyyə şirkətlərə aid borclar da 65,6% (2019-da 62,8%) səviyyəsində reallaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 35 d. əvvəl
-
56 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















