Qələbəyə yaxın olan Biden çıxış etdi
ABŞ Prezidenti seçkilərində kritik ştatlarda öndə olan Demokratlar Partiyasının namizədi Joe Biden seçkilərə bağlı açıqlama verib.
Marja xəbər verir ki, Dövlət başçısı olmağa yaxın olduğunu söyləyən Biden bu ifadələri istifadə edib:
"Qələbəni elan etmək üçün burada deyiləm. Ancaq rəqəmlər bizə bu yolda olduğumuzu göstərir. Xeyli fərqlə qazanacağımı görə bilərsiniz. 24 saat əvvəl Pensilvanyada geridəydik, indi irəlidəyik. Arizona və Nevadada öndəyik. Nevadada fərqi iki qat etdik. 74 milyon səs almışıq. ABŞ tarixindəki keçmiş bütün prezidentlərdən daha çox səs yığmış vəziyyətdəyik. Donald Trump-dan 4 milyon üstün bir fərqimiz var. Proses davam edir. Amerikanın dörd bir tərəfində seçicilərin dəstəyini almaqdan çox böyük bir qürur duyuram. Dörd il əvvəl itirdiyimiz ölkənin ürəyi olan ştatlarda yenidən qazandıq. Səslərin sayılması çox yavaş irəliləyir. Ancaq bunlar yalnız rəqəmlər deyil. Bunlar seçici səsləridir. Bunlar təməl vətəndaşlıq haqqlarını və iradələrini göstərən insanların səsləridir. Rekord sayda hər irqdən və yaşdan seçici seçimini etdi. Bu seçicilər ölkənin daha çox ayrılmasını deyil, bir araya gəlməsini istədilər. 74 milyon amerikalı danışdı. Sizin səslərinizin hamısı sayılacaq. Bunu dayandırmaq üçün nə qədər məşğul olmaları vecimə deyil. İnsanların səsləri eşidiləcək. ABŞ irəliləməyə davam edəcək".
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
34 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 48 d. əvvəl
-
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
2 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
3 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
3 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Ən çox oxunanlar
Bakıda 2-ci “Popeyes” restoranı açılır
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb



















