Azərbaycanın xarici ticarətində aylıq mənfi saldo artıb
Azərbaycanın xarici ticarət dövriyyəsi 25,2 milyard dollardan 18,4 milyard dollara, 9 aylıq xarici ticarət saldosu isə 4,5 milyard dollardan 2,8 milyard dollara geriləyib.2020-ci ilin 9 ayında (yanvar-sentyabr) Azərbaycanın xarici ticarət dövriyyəsi 18 milyard 403.2 milyon dollar, o cümlədən ixrac 10 milyard 579.82 milyon dollar, idxal isə 7 milyard 823.45 milyon dollar təşkil edib. Nəticədə 2 milyard 756.37 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 25 milyard 244,30 milyon dollar, o cümlədən ixrac 14 milyard 866.29 milyon dollar, idxal 10 milyard 378.01 milyon dollar, xarici ticarət saldosu müsbət 4 milyard 488.28 milyon dollar təşkil etmişdi.
Sentyabrda Azərbaycanın ixracı 700 milyon 35 min dollar, idxalı isə 1 milyard 132 milyon 461 min dollar təşkil edib və 432 milyon 427 min dollarlıq mənfi saldo yaranıb.
Avqustda Azərbaycanın ixracı 748 milyon 710 min dollar, idxalı 790 milyon 644 min dollar, mənfi saldo 41 milyon 934 min dollar təşkil etmişdi. Mənfi saldonun artmasına ixracın azalması ilə bərabər idxalın artması səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 2 d. əvvəl
-
- 22 d. əvvəl
- 38 d. əvvəl
-
39 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
50 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Bank sektorunda təmərküzləşmə azalıb
Ən çox oxunanlar
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol






.jpg)
.jpg)







.jpg)





