Unibank biznes sahiblərinə daha bir onlayn məhsul təqdim edib
(®️) Unibank onlayn xidmətlərini genişləndirərək, biznes müştərilərinə banka gəlmədən əmək haqqı layihəsinə qoşulmaq, həm kartların sifarişi, həm də çatdırılmasını onlayn qaydada həyata keçirmək imkanı yaradıb.
Belə ki, müştəri Asan İmza ilə İnternet Banking sisteminə daxil olaraq, əmək haqqı layihəsinə qoşulur və əməkdaşların məlumatlarını daxil etməklə, əmək haqqı kartlarını sifariş edir. Kartlar hazır olduqdan sonra, bank tərəfindən şirkətə çatdırılır.
“Unibank”ın əmək haqqı layihəsinə qoşulmağın üstünlükləri:
- 24/7 rejimdə əmək haqqı ödənişlərinin vahid fayl formasında onlayn köçürülməsi imkanı və dərhal kartlara oturması;
- Kartların istənilən ünvana çatdırılması;
- Əməkhaqqının ödənilməsi üçün overdraft kreditləşdirilməsi;
-Əmək haqqı kartının sahiblərinə güzəştli şərtlərlə istehlak krediti ayrılması imkanı;
- Mobil bankinq xidmətinə qoşulmaqla, kart sahiblərinin günün istənilən vaxtında kart hesabına nəzarət etməsi,ödənişləri həyata keçirməsi;
- Pulsuz SMS Banking xidməti.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 10.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından https://online.unibank.az/corporate/ əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 4 d. əvvəl
-
-
22 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
34 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib


























