Aktivlərindən ən yaxşı istifadə edən banklar
Azərbaycanda fəaliyyət göstərən 26 bank bu ilin I yarısını 371,7 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il iyulun 1-nə malik olduqları 30 milyard 540,9 milyon manat məbləğində aktivlərin 1,2%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-iyun aylarından mənfəətlə çıxmış 22 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 3,5%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" aktivlərinin məbləğinə görə ölkədə 2-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-cü yeri isə "Express Bank" ASC tutub. Bu bank ötən yarım ildə aktivlərinin 2,2%-i qədər mənfəət əldə edib. Bu arada, "Express Bank" aktivlərinin məbləğinə görə, 26 bank arasında 19-cu yerdə qərarlaşıb.
3-cü yeri isə ölkənin yeganə regional bankı - "Naxçıvan Bank" ASC tutub. Bu bankın 6 aylıq mənfəəti aktivlərinin 2%-i qədər olub. Halbuki, "Naxçıvan Bank" aktivlərinin məbləğində görə, banklar arasında 22-cidir.
Mənfəətlə işləyən qalan 19 bankdan isə 4-də sözügedən göstərici 1-2% arasında, 15 bankda isə 0-1% arasında dəyişir.
№ | Bankın adı | Bankın yarım illik mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
1 | Kapital Bank | 3,5% |
2 | Express Bank | 2,2% |
3 | Naxçıvan Bank | 2,0% |
4 | Bank of Baku | 1,4% |
5 | Azərbaycan Beynəlxalq Bankı | 1,4% |
6 | Unibank | 1,3% |
7 | Premium Bank | 1,1% |
8 | Bank VTB Azərbaycan | 0,9% |
9 | Xalq Bank | 0,8% |
10 | Zıraat Bank Azərbaycan | 0,6% |
11 | PAŞA Bank | 0,6% |
12 | AFB Bank | 0,6% |
13 | İran Milli Bankı - Bakı | 0,5% |
14 | Bank Respublika | 0,4% |
15 | Azərbaycan Sənaye Bankı | 0,4% |
16 | Günay Bank | 0,3% |
17 | Turan Bank | 0,2% |
18 | Rabitəbank | 0,2% |
19 | Access Bank | 0,2% |
20 | Yapı Kredi Bank Azərbaycan | 0,1% |
21 | Azər-Türk Bank | 0,0% |
22 | Bank BTB | 0,0% |
23 | Muğan Bank | -0,3% |
24 | Bank Avrasiya | -1,0% |
25 | Pakistan Milli Bankı - Bakı | -2,2% |
26 | Yelo Bank | -2,9% |
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 21 d. əvvəl
-
- 24 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı



























