Mərkəzi Bank xidmət haqlarını aşağı saldı
Daşınar əmlakı girov qoyaraq kredit almaq imkanları genişləndirilir. Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri yenilənib və digər dövlət informasiya sistemləri ilə inteqrasiyası yaradılıb.Azərbaycan Respublikası Prezidentinin ölkədə əhalinin və biznesin maliyyə resurslarına çıxışının genişləndirilməsi və kənd yerlərində maliyyə inklüzivliyinin artırılması ilə bağlı verdiyi tapşırıqlardan irəli gələrək Mərkəzi Bank tərəfindən bir sıra strateji layihələr və ardıcıl işlər həyata keçirilməkdədir.
Bnakın yaydığı məlumatda bildirilir ki, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində iqtisadi subyektlərin daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarının genişləndirilməsi məqsədilə 2018-ci ildə istifadəyə verilmiş Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (DƏYDR) daha təkmil texnoloji platformada yenidən qurulmuşdur. Yenilənmiş DƏYDR (https://mpcr.e-cbar.az) müasir texnoloji və təhlükəsizlik tələblərinə tam cavab verməklə yanaşı onun digər dövlət informasiya sistemləri ilə inteqrasiya edilməsi imkanları yaradılmışdır.
İqtisadi subyektlərin yaradılmış DƏYDR platformasından aktiv istifadəsini təşviq etmək məqsədilə xidmət haqqlarının əhəmiyyətli aşağı salınması istiqamətində mövcud hüquqi-normativ bazaya dəyişikliklər edilmişdir. “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanına Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 04 sentyabr tarixli Fərmanı ilə dəyişikliklər təsdiq edilmişdir. Nəticədə, DƏYDR-də xidmət haqqları yüklülük bildirişinin daxil edilməsi üçün 10 (on) manat, yüklülüyə dəyişiklik bildirişinin daxil edilməsi üçün 6 (altı) manat və axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün isə 6 (altı) manat məbləğindən müvafiq olaraq 2 (iki), 1 (bir) və 1 (bir) manata endirilmişdir.
"Mərkəzi Bank tərəfindən bu istiqamətdə görülən işlər ölkədə əhalinin və biznes subyetklərinin maliyyə resurslarına çıxışının gücləndirilməsi və yeni maliyyə alətlərindən geniş istifadəsini dəstəkləyəcəkdir. Yaradılmış platforma kredit müraciətləri zamanı təminatla bağlı çətinliklərin aradan qaldırılması və regionlarda əhali üçün daha rahat kreditləşmə vasitələrinin yaradılması imkanlarını genişləndirəcəkdir. Bütövlükdə, bütün bunlar ölkədə maliyyə vasitçəliyini genişləndiricək və maliyyə-bank sektorunun səmərəliliyini artıracaqdır",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
14 saat əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
-
17 saat əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 17 saat əvvəl
-
19 saat əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
1 gün əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir














.jpg)









