Beynəlxalq Bankın Rusiyadakı törəməsinin xalis mənfəəti kəskin artıb
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən törəməsi (“ABB-Moskva”) bu ilin I yarısını 2 611,213 milyon rubl (58,752 milyon manat) xalis mənfəətlə başa vurub.
Bankın maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 dəfə çoxdur.
Yanvar-iyun aylarında “ABB-Moskva”nın vergiyəqədərki mənfəəti 3 116,371 milyon rubl (70,118 milyon manat, 16,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 505,158 milyon rubl (11,366 milyon manat, 1 il bundan əvvəl qənaət edib) təşkil edib.
Bu il iyulun 1-nə “ABB-Moskva”nın aktivləri 7 866,334 milyon rubl (176,993 milyon manat) olub ki, bu da illik müqayisədə 16,2% çoxdur. Bunun 619,832 milyon rublu (13,946 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,5 dəfə böyüyüb.
Hesabat dövründə “ABB-Moskva”nın öhdəlikləri 62,4% azalaraq 1 072,75 milyon rubl (24,137 milyon manat), o cümlədən depozit portfeli 53,4% azalaraq 377,454 milyon rubl (8,493 milyon manat), balans kapitalı isə 73,6% artaraq 6 793,584 milyon rubl (152,856 milyon manat) təşkil edib.
Xatırladaq ki, “ABB-Moskva” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4 124,906 milyon rubldur (92,81 milyon manat).
1 rubl = 0,0225 manat
©️ “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 23 d. əvvəl
-
- 26 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı


























