Azərbaycanda Top-7 görülməli yer
Rusiyanı aviabilet axtarışı sistemi "Avisales" servisinin ekspertləri Azərbaycan bələdçiləri ilə əlaqə saxlayıb və hər azərbaycanın gəzməli yerlərinin siyahısını hazırlayıb.
1. Masazırgölü
İnanmaq çətindir, amma bu yer uzaq Avstraliyada deyil, Azərbaycandadır. Nağıllardakı kimi! Göldə 1735 milyon ton duz var və sahilində duz istehsal edən zavod yerləşir. Duzlu, xloridli və yüksək konsentrasiyalı sulfat suya gözəl çəhrayı rəng verir.
2. Xanbulan su anbarı
Hırkan Milli Parkında yerləşir və 80 metr dərinliyi var. Parkın özü çox gözəldir, burda 1900 -dən artıq bitki növü və nadir heyvanlar var: asiya bəbiri, tirandaz, meşə pişiyi. Tipik olmayan turizm marşrutu sizi valeh edəcək.
3. Diri Baba türbəsi
Şeyx Diri Baba türbəsi Qobustan ərazisində, 1402-ci ildə inşa edilib. Bu yerlə bir çox rəvayətlər və mistik hekayələr bağlıdır, buna görə artıq XVII əsrdən başlayaraq türbənin ziyarətçiləri çoxdur. Memarlığın əsas xüsusiyyəti ondan ibarətdir ki, qayanın içərisində inşa olunduğundan türbə elə bil havadadır. Ölkə tarixin daha yaxşı öyrənmək üçün əla yerdir.
4. Abşeron Milli Parkı
Fərqli heyvanların yaşadığı unikal bir yer. Burada flaminqodan tutmuş xəzər suitisi və porsuğa qədər, bir çox heyvanları izləmək olar. Təbiəti sevən hər kəs bu yerə heç olmasa bir dəfə baş çəkməlidir.
5. "Taxta körpü" su anbarı
Bu su anbarı Azərbaycanda ən böyük və ən hündürdür. Ümumi sahəsi 9 kvadrat kilometr təşkil edir, suyun həcmi – 270 milyon kubometr, sütunların hündürlüyü isə – 900 metr. "Taxta körpü" Avropanın ən hündür su anbarları siyahısındadır. Nəhəng görünür!
6. Asma körpü, İsmayıllı
Lahıc kəndi yolunda, həm yerli, həm xarici turistlər arasında populyar olan fərqli gözəllik – asma körpü. Körpü iki dağı birləşdirir və çayın üzərindən keçir. Çox yüksəkdə yerləşir və yalnız kənarlardan bağlıdır. Adrenalin zəmanəti verə bilərik!
7. Şamilqala, İlisu
Şamilqala və ya sadəcə Qalaça — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə XVII-XVIII əsrlərdə inşa olunmuş qala. Qaladan nəfəskəsici mənzərə açılır. Şamilqala hərbi obyekt olub və gözətçilər tərəfindən isitifadə olunub. İndi isə tarixi abidələr siyahısındadır. Qalalar ilə maraqlanmasaz belə, ən azından mənzərədən zövq almaq üçün mütləq görülməli yerdir!
Qeyd edək ki,"Aviasales", MDB, Şərqi Avropa və Afrikada fəaliyyət göstərir və hər ay 15 milyon insan tərəfindən istifadə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 9 d. əvvəl
- 12 d. əvvəl
-
-
14 d. əvvəl
Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb
-
52 d. əvvəl
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
-
1 saat əvvəl
"Tramp İranın neftini və uranını ələ keçirmək üçün əməliyyatları nəzərdən keçirir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hörmüz gərginliyi Avropada qaz qiymətlərini 100 avrodan yuxarı qaldıra bilər"
-
1 saat əvvəl
"Air China" Pekin–Pxenyan reyslərini altı ildən sonra bərpa edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Ən çox oxunanlar
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir























