Abşeron Logistika Mərkəzində yeni təyinat olub
Ceyhun Mustafayev Abşeron Logistika Mərkəzində Anbar Logistikası üzrə icraçı direktor vəzifəsinə təyin olunub.
Bu barədə Marja-ya Mərkəzdən bildirilib.
Qeyd edilib ki, Ceyhun Mustafayev Abşeron Logistika Mərkəzində 3PL (Third Party Logistics) xidmətinin tətbiqi, 3PL xidməti üzrə gömrük, anbar əməliyyatlarının, beynəlxalq daşımaların, əlavə dəyər xidmətlərinin effektiv idarə edilməsinə rəhbərlik edəcək.
Ceyhun Mustafayev Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr və magistr pillələri üzrə təhsil alıb. O, bir sıra tanınmış şirkətlərdə kommersiya müdiri, əməliyyatlar departamentinin müdiri və digər rəhbər vəzifələrdə çalışıb.
O, tədarük zəncirinin, logistik əməliyyatların və müştəri məmnuniyətinin effektiv idarə edilməsi, WMS (Warehouse Management Service), çarpaz yükləmə (cross docking) sistemlərinin anbarlarda tətbiqi, satınalmanın planlanması, xüsusilə də 3PL xidmətinin təşkil olunmasında peşəkar təcrübəyə sahibdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















