Azərbaycan bankı iş adamları ilə daha sıx tərəfdaşlıq üçün yeni layihə hazırlayır
"Expressbank"ın bəzi gələcək planları açıqlanıb.
“Expressbank” ASC-nin İdarə Heyətinin Sədri Mehman Məmmədovun Marja-ya müsahibəsində, "Yaxın gələcəkdə sahibkar-bank münasibətində yeni bir institut tətbiq edəcəyik. Bu haqda hələlik daha geniş məlumat vermək istəmirəm. Yeni layihəmiz iş adamları ilə daha sıx və uzunmüddətli tərəfdaşlığın yaradılmasına xidmət edəcək",- bildirib.
Bankın sədri əlavə edib ki, prioritet və əsas məsələlərdən daha biri müştərilərin cari və təkrarlanan əməliyyatlarının daha çox onlayn xidmət kanallarına yönləndirilməsidir. Bunun effektiv şəkildə icrası üçün bu sahədə əsas rol oynayan biznes proseslərin optimallaşdırılması, yeni texniki imkanlar tətbiq edərək infrastrukturun təkmilləşdirilməsi ilə yanaşı, xidmət tariflərinin daha sərfəli olması təmin ediləcək.
Rəqəmsallaşma ilə bağlı gözlənti və planlarımız çox genişdir. Biz “Express24” mobil tətbiqini sadəcə kommunal ödənişlər, kartdan-karta pul köçürmələri tətbiqi kimi deyil, bütün növ bank xidmətlərini özündə cəmləşdirən unikal məhsul kimi görürük. Hazırda bu tətbiq vasitəsilə müştərilərimiz öz əmanət hesablarını da izləyə, artıra bilirlər. Yaxın gələcəkdə biz hətta kreditin də banka gəlmədən “Express24” tətbiqi üzərindən ayrılmasını planlaşdırırıq.
Mövcud məhsul və xidmətlərin müştəri tələblərinə uyğun optimallaşdırılması, müştəri ehtiyaclarının düzgün şəkildə anlaşılması və reallaşdırılması bankımız üçün hər zaman olduğu kimi, indi də prioritet əhəmiyyət daşıyır. Hüquqi şəxslər və fərdi sahibkarlarla münasibətimizdə onlar üçün təqdim edilən xidmət və tariflərimizə xüsusi həssaslıqla yanaşırıq. Belə ki, hazırda bu istiqamət üzrə yeni tarif standartının yaradılması üzərində işlər yekunlaşmaq üzrədir. Yeni tarif siyasətimiz müştərilərimizə, müəyyən göstəriciləri əsasında avtomatik olaraq daha aşağı tarif əldə etmək imkanı verəcək.
Həmçinin, bildiyiniz kimi, adətən biznes kreditləri sahəsində kreditləşmə bir neçə mərhələ keçdiyindən bir qayda olaraq vaxt aparır. Biz hazırda bu istiqamətdə də xüsusi optimallaşma işləri aparırıq, müştərilərimizə yaxın vaxtlarda sürətli biznes kreditləri xidmətinin təqdim olunmasını planlaşdırırıq".
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
- 23 d. əvvəl
- 32 d. əvvəl
-
43 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 47 d. əvvəl
-
59 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)






.jpg)









.jpg)


