UNEC-də xarici ticarət üzrə mütəxəssis hazırlığı təkmilləşdiriləcək
UNEC-də Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsindən irəli gələn məsələlərə dair toplantı keçirilib.Bu barədə "Marja"ya Universitetdən bildirilib.
Qeyri-neft sektorunun inkişaf etdirilməsi missiyasının ölkə iqtisadiyyatına verəcəyi faydalardan danışan rektor, professor Ədalət Muradov universitetin bu sahədə dövlət strategiyasına, Azərbaycan Prezidenti İlham Əliyevin qarşımıza qoyduğu hədəflərə və ixracyönümlü müəssisələrin sahibkarlarına universitet səviyyəsində dəstəyin göstəriləcəyini vurğulayıb.
Daha sonra müzakirələr aparılaraq, qeyri-neft ixracının stimullaşdırılmasına dair alimlərin mövqeyi dinlənib, UNEC-də ixrac üzrə mütəxəssislərin hazırlanmasına dair təkliflər təhlil edilib. Toplantı iştirakçıları qeyri-neft məhsullarının ixracı istiqamətində fəaliyyətləri özündə cəmləşdirəcək mərkəzin yaradılması təklifini müsbət dəyərləndiriblər. “Ticarət və Gömrük işinin təşkili” kafedrasının nəzdində fəaliyyət göstərəcək mərkəzin əsas fəaliyyəti ölkədə neftdən kənar sahələrin inkişaf etdirilməsi, ixrac potensialının artırılmasına dəstək verəcək təkliflərlə çıxış etmək olacaq.
İqtisadiyyatın bu sahəsi üçün kadr hazırlığını təmin etmək məqsədilə universitetdə ixracyönümlü tədris planlarına yer ayrılması qeyd edilib. İxracatçılara universitetin metodiki dəstək göstərməsinin əhəmiyyəti vurğulanıb və bu istiqamətdə əməkdaşlıq prinsiplərinin hazırlanması tapşırığı verilib. Dissertasiya işlərində ixrac mövzularına diqqətin artırılması məqsədi ilə verilən təkliflər müsbət dəyərləndirilib. Magistratura Mərkəzində, UNEC Biznes Məktəbində, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində bu sahə üzrə mütəxəssislərin hazırlanması, bunun üçün yeni ixtisasların yaradılması, İqtisadi Araşdırmalar Elmi-tədqiqat İnstitutunda geniş miqyaslı tədqiqatların aparılması, ixracatçı şirkətlərə dəstək məqsədi ilə beynəlxalq bazarların araşdırılması işinin təşkililə bağlı qərarlar verilib. Ə.Muradovun göstərişi ilə ixracatçılara dəstək formasına xarici bazarların araşdırılmasında həmin ölkələrin nüfuzlu ali məktəblərinin məzunu olan UNEC müəllimlərinin, eyni zamanda ikili diplom proqramları əsasında xarici universitetlərdə tədrisini davam etdirən tələbələrin də cəlb edilməsi nəzərdə tutulub.
Tədbirin sonunda ixracatçı şirkətlərin universitetə dəvət edilərək dəyirmi masaların keçirilməsi qərara alınıb.
Qeyd edək ki, UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























