Gömrük Komitəsinin xətti ilə büdcəyə daxilolma təxminən 18% azaldı
Bu ilin yanvar-iyul ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 milyard 360 milyon 37 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8% azdır.
Komitədən verilən məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 4,7% azalaraq 568 milyon 566 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 0,1% azalaraq 1 milyard 691 milyon 438 min manata bərabər olub. Aksizlər üzrə cari ilin yeddi ayı ərzində daxilolmalar 51,7% azalaraq 78 milyon 489 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 21 milyon 544 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 16,8% azdır.
Bu ilin iyul ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 340 milyon 211 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 17,7% az, bu ilin iyun ayı ilə müqayisədə isə 5,1% çoxdur.
Bu ilin iyul ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 25,5% azalaraq 84 milyon 126 min manat olub. Bu ilin iyun ayı ilə müqayisədə isə bu göstərici 2,1% azalıb.
Həmçinin, cari ilin iyul ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 10,3% azalaraq 241 milyon 428 min manat (bu ilin iyun ayı ilə müqayisədə 8,4% çox), aksizlər üzrə 53,4% azalaraq 11 milyon 816 min manat (iyun ilə müqayisədə 3% az), yol vergisi üzrə daxilolmalar isə 50,5% azalaraq 2 milyon 840 min manat (iyun ilə müqayisədə 5,1% az) təşkil edib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
33 d. əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank sektorunda təmərküzləşmə azalıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Ən çox oxunanlar
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU







.jpg)






.jpg)






