Dolların 8 Türk Lirəsini keçəcəyi gözlənilir - XƏBƏRDARLIQ
Dolların 3 ay sonra 7,75 lirəyə, 6 ay sonra 8 lirəyə, 12 sonra isə 8,25 lirəyə yüksələcəyi təxmin edilir.Qlobal maliyyə xidmətləri şirkəti Goldman Sachs-ın analitikləri Türk Lirəsinin (TL) dəyərdən düşməkdə davam edəcəyini gözləyirlər.
Marja xəbər verir ki, Goldman Sachs Group Inc., xəbərdarlıq da edib: "Avqust ayında daha kəskin ucuzlaşmanın yaşanmasına dair risklər artır".
Lirə, bu ay dollar qarşısında 4%-dən çox dəyərdən düşərək dünyanın ən pis performans göstərən ikinci pul vahidi olub. TL-nin illik ucuzlaşması isə 18%-i aşıb.
Goldman, dollar/TL məzənnəsində 3, 6 və 12 aylıq proqnozlarını müvafiq olaraq 7,75 lirə, 8 lirə və 8.25 lirə səviyyələrinə yüksəldib. Əvvəlki proqnozları müvafiq olaraq 7 lirə, 7.50 lirə və 8 lirə idi.
Goldman analitiklərinin hesabatında, "Əhalinin dollarda əmanətlərinin artırması, inflyasiyanın yüksələ biləcəyi riski, məhdud ehtiyatlar, xarici maliyyə kəsiri və qeyri-ənənəvi siyasətlər nəzərə alındığında dollar/TL məzənnəsində risklər yuxarı istiqamətlidir" ifadəsinə yer verilib.
Bu gün səhər Dollar/TL məzənnəsi 7.30 lirə səviyyələrində olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 14 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub




















