“Əgər kredit vermiriksə, müştərinin əlinin yanmasını istəmirik” – BANK SƏDRİ
"Bankir qismində mən bir neçə böhrandan keçmişəm. Böhranlardan keçdikcə dəyişikliklərə, hətta ən radikal dəyişikliyə adaptasiya olmağı öyrəndim".
Bunu CBC telekanalına müsahibəsində Yelo Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia bildirib.
"Yelo Bankın dəyərlərindən biri həllər tapmaqdır. Bizim kifayət qədər peşəkar komandamız var və həmkarlarım çox gözəl anlayır ki, pandemiya dövründə hər kəs nədənsə məhrum olur. Belə durumda itkilərə (təbii ki, söhbət insan sağlamlığından getmir) təəssüflənmək lazım deyil, çünki bunun bizə faydası olmayacaq. Hər kəs itkiləri bərpa etmək üçün birgə işləməli və əvvəlkindən daha yaxşı olmağa çalışmalıdır. Hər böhran yeni imkanlar yaradır. Kifayət qədər misal var ki, bir sıra ölkələr və şirkətlər hansısa böhrandan daha güclü çıxıb. Mən komandamıza və bankın texnoloji imkanlarına inanıram. Bunun hesabına biz transformasiya olunacağıq, çətinliklərdən keçərək daha güclü olacağıq", - deyə bank rəhbəri bildirib.
Onun fikrincə, pandemiya çox şeyi, o cümlədən bizim baxışlarımızı dəyişəcək: "Məsələn, gələcəkdə bir çox insan və biznes subyektləri sırf özünə arxalanacaq, kənardan dəstək gözləməyəcək. Sözsüz ki, iş yerlərinin qorunması üçün biznes subyektləri dövlətdən dəstək almalıdır. İnanıram ki, hökumətin və Maliyyə Sabitliyi Şurasının bundan sonra da atdığı addımlar düzgün olacaq".
"İndiki durumda Yelo Bank hansı müştəriyə kredit verər?" sualına cavab olaraq bankir bunu deyib: "Hətta bu durumda Yelo Bank fəaliyyətdə olan heç bir bzinesə kredit verməkdən çəkinməz. Biz elə bir komanda formalaşdırmışıq ki, həmkarlarım sizin ödəniş qabiliyyətinizə inanmasa, kredit ayırmaz. Əgər biz sizə kredit vermiriksə, deməli, müştərimizin əlinin yanmasını istəmirik. Əlbəttə, biz güzəştli və kommersiya kreditləşməsini davam etdiririk. Biz Aqrar Kredit və İnkişaf Agentliyi ilə sıx əməkdaşlıq edirik, üstəlik, Sahibkarlığın İnkişaf Fondu ilə əməkdaşlıq qurduq. Bu vəsaitləri sahibkarlara yönəltmək bizim üçün çox xoş olar. Bununla yanaşı, bizim özümüzün kifayət qədər vəsaitimiz var ki, biznes subyektlərini kreditləşdirək".
"Pandemiya dövründə xeyli sayda müştəri restrukturizasiya ilə bağlı banka müraciət etdi və biz bunu olduqca pozitiv qarşıladıq. Çətinliklə üzləşmisinizsə və bunun obyektiv səbəbləri varsa, tərəfdaşdan dəstək istəməlisən. Bu durumda bizim yanaşmamız birmənalıdır - kömək edəcəyik! Bizim bir müştərimizin hotel və restoran biznesi var. Bildiyiinz kimi, hər iki sektor ciddi zərər görüb. Lakin müştərimiz gizlənmədi, əksinə, gəldi və yardım istədi. Əlbəttə ki, biz ona yardım əlimizi uzatdıq. Hətta bir müddət restoranların fəaliyyətinə icazə veriləndə mən müştəri qismində məhz onun restoranına getdim, şəkil çəkdim və ona göndərdim ki, həm də psixoloji olaraq dəstək olum. Yalnız bir-birimizə kömək edərək biz yaxşı nəticələr əldə ed bilərik", - Şurqaia qeyd edib.
Onun sözlərinə görə, əksə iş yerləri qorunduğu üçün fiziki şəxslərdən daha çox biznes subyektləri problemlə üzləşdi: "Buna görə, biznesə dəstək olmaq lazımdır. Biznes subyekti bağlanarsa, biz iş yerlərini itirəcəyik, sonra isə onları bərpa etmək çox çətin olacaq".
Bank sədri məsuliyyətli kreditləşmənin vacibliyinə də toxundu: "Yaxşı kredit biznes kreditidir. Mən onun tərəfdarı deyiləm ki, götürdüyün istehlak krediti ilə xeyli bahalı əşyalar alasan və sonra ödəniş barədə düşünəsən. Özünə yeni soyuducu alan şəxsi anlayıram, çünki onun faydası var. Lakin ödəniş edə bilməyəcəyin halda kreditə bahalı telefon almq nəyə lazımdır? Bu cür alış-veriş hansısa adi xoşbəxtlik gətirə bilər, lakin onlardan fayda yoxdur. Mən yeni imkanlar üçün kreditin götürülməsinin tərəfdarıyam".
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 34 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
16 saat əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 16 saat əvvəl
-
16 saat əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
16 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)











