Azərbaycanda karantin rejimi daha da sərtləşdiriləcək
"Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantın rejimində işə çıxmasına icazə verilənlərin sayı ilə bağlı müəyyən olunmuş bir sıra məhdudiyyətlərin sərtləşdirilməsi məsələsinə yenidən baxılmasını zəruri hesab edir və bu istiqamətdə vacib olan bütün qərarları qəbul edəcək"."Son günlərdə koronavirus infeksiyasına yoluxanların sayında ciddi artım müşahidə olunur. Təhlil və müşahidələr göstərir ki, müəyyən olunmuş xüsusi karantin qaydaları, sanitar-epidemioloji tələblər gözlənilən nəticələri vermir".
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, bir sıra hallarda sahibkarlıq subyektləri, Operativ Qərargahın mümkün qədər işə az əməkdaş çıxarmağa dair tövsiyələrinə baxmayaraq, bütün işçi heyətini tam tərkibdə, yaxud da böyük əksəriyyətini “İcazə.e-gov.az” portalından qeydiyyatdan keçirərək işə çıxmaları üçün birdəfəlik icazələr alır:
"Eyni zamanda fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslər də, bəzi hallarda mühafizə və texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri olandan xeyli artıq sayda əməkdaşları qeydiyyatdan keçirirlər.
Belə yanaşmaların müəyyən olunmuş məhdudiyyət tədbirlərinin səmərəsini azaldır, əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır.
Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantın rejimində işə çıxmasına icazə verilənlərin sayı ilə bağlı müəyyən olunmuş bir sıra məhdudiyyətlərin sərtləşdirilməsi məsələsinə yenidən baxılmasını zəruri hesab edir və bu istiqamətdə vacib olan bütün qərarları qəbul edəcək".
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
13 d. əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
4 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Ən çox oxunanlar
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI























