İrşad Electronics Mübariz İbrahimovun adını daşıyan liseyi komputerlərlə təchiz etdi
(®️) Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi sayılan Mübariz İbrahimovun şəhid olmasının 10- cu ildönümü ilə əlaqədar olaraq İrşad Electronics şirkəti Biləsuvar rayonunda yerləşən, Milli Qəhrəmanın adını daşıyan Biləsuvar Təhsil Kompleksini ziyarət edib.
Korporativ sosial məsuliyyət siyasəti çərçivəsində təşkil edilən ziyarətin əsas məqsədi gənc Mübarizlərin təhsilinə dəstək olmaq, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasına tövhə vermək idi. Bununla əlaqədar olaraq, İrşad Electronics tərəfindən liseydə unudulmaz qəhrəmanımızın adını daşıyan informatika otağı yeni noutbuklar və proyektorla təchiz edilmişdir.
Şagirdlərlə onlayn ünsiyyət zamanı qəhrəmanımızın hər kəsə örnək ola biləcək həyat yolu haqqında danışılmış, bu təhsil ocağında təhsil alan hər bir gəncin ölkəmizə layiqli vətəndaş olaraq yetişməsi üçün xüsusi məsuliyyət daşıdığı vurğulanmışdır. Lisey rəhbərliyi göstərilən bu təşəbbüsə görə İrşad Electronics şirkətinə təşəkkür edərək qəhrəmanımızın əziz xatirəsinin əbədiləşməsində rolu olan hər kəsə öz minnətdarlığını bildirmişdir.
Daha sonra şirkət əməkdaşları rayonun Əliabad kəndinə yollanaraq Mübarizin ata ocağını ziyarət etdilər. Ailəsi ilə görüş zamanı Mübarizin qəhrəmanlığından, onun Azərbaycan gənclərinə nümunə olmağından və hər bir azərbaycanlının onun mübarizə dolu həyatı ilə fəxr etməsindən bəhs olundu. Milli qəhrəmanın atası Ağakərim İbrahimov İrşad Electronics-in əməkdaşlarını Mübariz İbrahimova məxsus otaqda ona həsr oluna guşə ilə tanış etdi.
Son olaraq isə İrşad Electronics əməkdaşları dünyada öz şücaəti, vətənpərvərliyi ilə qəhrəmanlıq səlnaməsi yazmış Mübariz İbrahimovun məzarını ziyarət edərək əklik qoymuş və xatirəsini yad etmişdirlər.
Xüsusi olaraq vurğulayaq ki, Pandemiya ilə əlaqədar səfər və ziyarət zamanı infeksiyadan qorunmaq üçün Təbibin tövsiyyələrinə ciddi şəkildə riayət edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)






