Bağlanan bankların bir çox əmanətçisi narazıdır – YATIRIMLAR SIĞORTASIZ HESAB EDİLİR
Lisenziyası ləğv edilmiş AtaBank, Amrahbank, NBC Bank və AGBakın qorunan əmanətçilərinə kompensasiya ödəniləcəyi bəyan edilib. Artıq AtaBank və Amrahbankın əmanətçiləri kompensasiya almağa başlayıblar.
Marja-nın əldə etdiyi məlumata görə, lisenziyası ləğv edilmiş bankların bir sıra qorunan əmanətçiləri çətinliklə qarşılaşıblar. Belə ki, Əmanətlərin Sığortalanması Fondu bəzi əmanətlərə sonradan edilmiş yatırımlara görə kompensasiya ödəmir. Buna səbəb olaraq, əmanətin qorunan olması üçün, əmanət müqaviləsinin bağlanıldığı tarixdə və yatırımın edildiyi tarixdə Fondun müəyyən etdiyi illik faiz dərəcəsinin yuxarı həddinin fərqli olması göstərilir. Əmanət müqaviləsi bağlanan vaxt əmanətin faizi Fondun həddindən aşağı olmasına baxmayaraq, sonradan yatırım edilən zaman əmanətin faizi Fondun müəyyən etdiyi həddən yuxarı olarsa yatırımlar sığortasız hesab edilir.
Bakı şəhər sakini Kudelin Oleq Marja-ya müraciətində bildirib ki, 2018-ci ilin sentyabr ayında Amrahbankın Binəqədi filialında 3 illik sığorta müqaviləsi imzalayıb:
“Həmin vaxt Əmanətlərin Sığortalanması Fondunun illik faiz dərəcəsinin yuxarı həddi 15% idi, mən isə 13% ilə əmanət müqaviləsi imzalamışam. Yəni mənim əmanətim tam sığortalı hesab olunur. Müqavilənin şərtlərinə görə, əmanət müddətinin yarısınadək olan dövrdə hər ay əmanətin 2 mislini keçməmək şərtilə yatırım edə bilərdim. 01 İyul 2019-cu il tarixindən müqavilənin şərtlərinə əsasən illik 13%-lə yerləşdirdiyim əmanətimə yatırımlar etmişəm. İndi Əmanətlərin Sığortalanması Fondu mənim yatırımlarımı sığortasız hesab edir. Buna səbəb olaraq yatırım etdiyim zaman Fondun illik faiz dərəcəsinin yuxarı həddinin 10% olmasını göstərilir. Fondun bu hərəkəti doğru deyil. Mən yeni əmanət hesabı açmamışam ki, yatırımların sığortasız hesab edilsin?! Müqaviləyə əsasən əmanətimə yatırımlar etmişəm, ötən müddət ərzində qorunan əmanətin faizinin 15%-dən 10%-ə düşməsinin yatırılmara şamil edilməsinin əsası yoxdur. Fond bizə cavabında bildirib ki, məhkəməyə müraciət edin və məhkəmə bizi haqlı hesab etsə yatırımlara görə də kompensasiya ödəniləcəkdir. Başa düşə bilmirəm, vətəndaş nə üçün incidilməlidir?!. Mənim kimi yüzlərlə əmanətçilər narazıdır”.
NBC Bankın əmanətçisi Nərğiz İsrafilova də eyni vəziyyətlə üzləşib:
“Mən NBC Bankın əmanətçisiyəm və bu banka 12,5% gəlirliliklə əmanət yerləşdirmişəm. Müqavilənin şərtlərinə görə, 4 ay əlavə yatırımlar edilə bilərdir. Bank bağlandıqdan sonra Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ilk yatırdığınız əmanət sığortalı hesab edilir, sonradan etdiyiniz yatırımlar sığortasızdır. Çünki, mən müqavilə bağladıqdan sonra Fond qorunan əmanət faizində dəyişiklik edib, 15%-dən 10%-ə endirilib. Mənim bu dəyişiklikdən xəbərim olmayıb. İndi Əmanətlərin Sığortalanması Fondu mənim və mənim kimi müştərilərin yatırımlarını sığortasız hesab edir”.
Əmanətçi Teymur Şamidinov da Əmanətlərin Sığortalanması Fondundan narazıdır:
"24 iyun 2018-ci il tarixində NBC Banka 13,5 %-lə tam sığortalı şərtlərlə 36 ay müddətinə əmanət yerləşdirmişəm. Şərtlər ilk 12 ay ərzində yatırım etməyə imkan verirdi. Mən son yatrımı 2 iyul 2019-cu il tarixində etmişəm. İndi Əmanətlərin Sığortalanması Fondu həmin yatırımı sığortasız sayır. Əmanətin bir hissəsinin sığortalı, bir hissəsinin isə sığortalı sayılması çox absurddur".
"KREDİT BORCUNA GÖRƏ ƏMANƏT BLOKLAŞDIRILIB SIĞORTASIZ SAYILIR"
Teymur Şamidinovun sözlərinə görə, digər problem əmanətin girov qoyulması ilə götürülmüş kreditə görə əmanətin sığortasız sayılmasıdır:
"Əmanətlərin Sığortalanması Fondu bildirir ki, kredit borcu həcmində əmanət bloklaşdırılıb saxlanılacaq, qalan hissə veriləcək. Sonra biz həmin borcu ödəməliyik. Bloklaşdırılan əmanət isə sığortasız sayılcaq, sonda vəsait catarsa ödəyəcəklər. Əmanətlərin sığortalanması haqqında qanunun 26.2 maddəsinə əsasən (26.2. Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir) kredit borcu kompensasiyadan çıxılıb qalan hissə verilməlidir. Fond müştərinin kredit borcunu kompensasiyadan çıxmır, ödənilməsini tələb edir, kredit borcu qədər də əmanəti boloklaşdırıb sığortasız sayır.
Əvvəllər "bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər" qorunan əmanətlərə aid edilmirdi. Sonradan Əmanətlərin sığortalanması haqqında qanunun 2.1.2.10-cu bəndi (bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər qorunan əmanətlərə aid edilmir) ləğv edildi. Buna görə, götürülən kreditə görə girov qoyulan əmanət də qorunan əmanət hesab edilməlidir".
NBC Bankın digər əmanətçisi Marjaya müraciətində yazıb:
"Mən Məmmədov İlqar Şamil oğlu 23.05.2019 tarixində NBC Banka 12% ilə 50000 manat depozit yerləşdirdim. Sonra Bankdan depozit xətti ilə 4 ay müddətinə 3500 manat pul krediti götürdüm. Hər ay ancaq 43 manat faizi ödəyirdim. 2020-ci ilin May ayının 9-da mən krediti bağlamalıydım. Elə oldu ki, bank 28 apreldə bağlandı. Yəni, mən son ayın faizini və tam pul kreditini qaytara bilmədim. Bu gün mən çıxarış aldım. Mənə dedilər ki, 50 000 manat depozitimdən 3500 manat çıxılacaq və 46 500 manat kompensasiya ödəniləcək. Absurd odur ki, mən 3500 manat krediti təyin ediləcək donor banka ödəməliyəm və qorunmayan əmanətçilər kimi fondun 3500 manatın mənə qaytarılmasını gözləməliyəm. Kreditə görə, əmanətin 3500 manatı sığortasız hesab edilir. Bu nə deməkdir?!. Kredit borcum əmanətimdən çıxıla bilər. Nə üçün mən yenidən krediti ödəməliyəm və əmanətimin 3500 manatı sığortasız olmalıdır?!"
Əmanətlərin Sığortalanması Fondunun şərtinə görə, cəlb edildiyi günə Fondun müəyyən etdiyi həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlər hesab edilir. Hazırda Fondun müəyyən etdiyi hədd 12%-dir. Bu gün 12%-dək faizlər ilə bağlanmış manat əmanət müqaviləsi sığortalı hesab edilir. Fondun iddiasına görə, məsələn, bu gün 11%-lə bağladığınız əmanət müqaviləsi üzrə sonradan əmanətinizə yatırımlar etsəniz və yatırım etdiyiniz gün də Fondun müəyyən etdiyi faiz 10%-ə düşmüş olsa yatırımlarınız sığortasız hesab ediləcəkdir.
Əmanətçilər, Fonddan yuxarı dövlət orqanlarına şikayət etməyə hazırlaşırlar.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb









.jpg)










