Jalə Hacıyeva: “BOKT-lar krediti kartla verəcək”
“Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) ödəniş sistemlərinə qoşulmadığı üçün banklardan asılı vəziyyətdədir. Yəni BOKT müştərisinə kredit kimi verdiyi pulu bankın hesabına köçürməyə məcburdur ki, kimsə gəlib həmin hesabdan pulu götürsün. Hazırda banklar saat 14:00-a qədər işləyir. Bu yarım günlük müddətdə isə onlar əsasən öz müştərilərinə xidmət göstərir və BOKT-lərin müştəriləri kənarda qalır. Bu da mikromaliyyə qurumlarına kredit verməkdə yaradır”.
Bunu koronavirus (COVID-19) pandemiyasının BOKT-lərə təsirini şərh edən Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib.
Onun sözlərinə görə, pandemiya daha çox BOKT-lərin müştəriləri olan biznes sahiblərinə təsir edib: “Əgər 2015-ci ildəki böhranı daha çox banklara və BOKT-lərə mənfi təsir etmişdisə, indiki böhran daha çox biznesə, qismən isə kredit təşkilatlarına mənfi təsir edib: "Ya biznes fəaliyyətini davam etdirə bilmir və artıq kreditə ehtiyacı qalmır, ya da fəaliyyətini davam etdirmək istəyir, amma kredit ala bilmir, çünki borcunu vaxtında qaytarmayıb. Dolayısı ilə kredit təşkilatları ziyan çəkir. Odur ki, ilk növbədə, biznesə dəstək verilməlidir. Əgər dəstək olsa, bu həm onun borcunu qaytarmasına, dolayısı ilə bank və BOKT-lərin də dəstək almasına səbəb olar.
Biz AMFA olaraq Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) üzvüyük, həmçinin mən ASK-nın vitse-prezidentiyəm. Hökumətə verəcəyimiz təklifləri Konfederasiyaya təqdim edirik, ASK isə onları mövcud komissiyaları vasitəsi ilə İqtisadiyyat Nazirliyinə, Azərbaycan Mərkəzi Bankına, Maliyyə Nazirliyinə və başqa hökumət strukturlarına təklif edir. Təkliflərimizin bir çoxunu hökumət qəbul edib. Yeri gəlmişkən, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də bu sahədə çox aktivdir. Biz bir neçə dəfə onların onlayn konfransında iştirak etdik və onlar da bu təklifləri toplayırlar. Toplanan məlumatlar araşdırılır, analiz edilir”.
AMFA rəsmisi hesab edir ki, fermerlərin hesabatlılıq üçün VÖEN-ə malik olmaqdan imtina etməsi kənd yerlərində kreditləşmə imkanlarını da azaldır: “AMB-nin Sahibkarlar Şurası var. İndi bu Şuranın görüşləri onlayn keçirilir. Bu gün regionlarda fəaliyyət göstərən BOKT-lərin bir neçə əsas problemi var. Onlardan birincisi odur ki, fermerlərdən - sahibkarlardan tələb olunur ki, mütləq VÖEN alsınlar. Məsuliyyətli kreditləşmə prinsiplərinə əsasən, AMB VÖEN-siz maliyyələşməni vergi uçotu olmayan sahibkara verilmiş vəsait kimi qiymətləndirir. Burada ciddi məsələ odur ki, kənd yerlərində yaşayan şəxslər və yaxud ailə-kəndli təsərrüfatları bələdiyyədə qeydiyyata alınmalıdırlar, yəni vergi qeydiyyatında olmalıdırlar. Bu məsələ də problem olaraq qalır. Bunun da bir neçə səbəbi var. Birincisi odur ki, kənd təsərrüfatı fəaliyyəti vergidən azaddır və belə fəaliyyətlə məşğul olanlar elə başa düşürlər ki, vergidə qeydiyyata ehtiyac yoxdur. İkincisi isə onlar vergi qeydiyyatına düşən kimi vergi ödəməyə məcbur olacaqlarını fikirləşirlər. Əslində isə hesabatlıqdan çəkinirlər. Problem də budur. Burada digər məsələ sosial ödəniş öhdəliyinin yaranmasıdır. Onlar da bundan ehtiyat edirlər. Nəhayət, sonuncu məsələ odur ki, kənd təsərrüfatı sahəsi vergidən azad olunduğundan vergi orqanları onları qeydiyyata salmaqda maraqlı deyillər. Buna görə də BOKT-lərin əsas müştəriləri olan kənd təsərrüfatı ilə məşğul olan şəxslərin maliyyələşməsində problem yaranır. Hesab edirəm ki, bütün bu səbəbləri nəzərə alaraq vergi uçotunu fermerlər üçün daha da sədələşdirmək lazımdır.
Bilirsiniz ki, kreditləşməyə təsir edən məsələlərdən biri də rəsmi gəlirlərdir. Amma kənd yerlərində isə yalnız təqaüd və rəsmi iş yeri olanlardan başqa heç kimin rəsmi gəlir təqdim etmək imkanı yoxdur. “Nağdsız hesablaşamalar haqqında” qanun qəbul edildikdən sonra BOKT-lər banklardan asılı vəziyyətə düşdü. Ona görə də indi zərurət yaranır ki, BOKT-lər də ödəniş sistemlərinə qoşulsun və onlar öz müştərilərinə krediti kart vasitəsi ilə versin. Bu o anlama gəlir ki, BOKT AMB-də müxbir hesab açacaq və öz müştirisinə hesab açaraq onun üzərindən plastik kart vasitəsi ilə kredit verəcək. Biz bununla bağlı tənzimləyici quruma müraciət etmişik və müsbət cavab almışıq. Amma bunun nə zaman reallaşacağını bilmirik”.
©️ Report
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 17 saat əvvəl
-
- 18 saat əvvəl
-
19 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb











.jpg)









