Muğanbank-ın maliyyə vəziyyəti məlum oldu
“Muğanbank” ASC-də 2019-cu ilin nəticələri üzrə audit başa çatmışdır. Beynəlxalq Standartlar əsasında hazırlanmlş bankın maliyyə hesabatları “Baker Tilly Audit Azərbaycan” QSC tərəfindən audit edilmişdir.
Muğanbankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Bankın maliyyə göstəricilərinə istinadən, 2019-cu ildə “Muğanbank” ASC-nin cəmi faiz gəlirləri 2018-ci il ilə müqayisədə azalsa da, komissiya gəlirləri 2 milyon 902 min manat və ya 24% artaraq, 15 milyon 49 min manat təşkil etmişdir. Faiz gəlirlərinin azalması Bankın kreditləşmə siyasətinin istehlak seqmentindən koprortiv seqmentə keçid etməsindən qaynaqlanır.
Eyni zamanda, 2019-cu ildə “Muğanbank” ASC-nin cəmi faiz və komissiya xərcləri 2018-ci il ilə müqayisədə 1 milyon 156 min manat və ya 3.8% artaraq, 31 milyon 229 min manat təşkil etmişdir. Komissiya xərclərinin artması nostro hesablarına görə artan xidmət haqqları səbəb olmuşdur.
Qeyd etmək lazımdır ki, ötən ildə bank problemli kreditlər üzrə ehtiyyatların yaradılması zamanı daha konservativ siyasət seçərək, bu kreditlər üzrə maksimum ehtiyyat yaratmışdır. Bu bir tərəfdən kredit portfelinin sağlamlaşdırılmasını təmin etsədə, digər tərəfdən bankın maliyyə göstəricilərinə təsir etmişdir ki, nəticədə bank 2019-cu ili 27 milyon 752 min manat zərərlə başa vurmuşdur.
“Muğanbank” ASC-nin nağd pul və pul vəsaitləri keçən il ilə müqayisədə 56 milyon 321 min manat və ya 105% artaraq 109 milyon 722 min manat təşkil etmişdir ki, bu da Bankın müəyyən qədər likvid vəsaitlərinin olmasını, eləcə də öhdəliklərinin vaxtında qarşılaya bilməsinin göstəricisidir.
Bankın yekun aktivləri 2018-ci il ilə müqayisədə 15.02% artaraq, 604 milyon 162 min manat təşkil etmişdir.
BANK BÖYÜYÜB, KƏND TƏSƏRRÜFATINA VƏ İNŞAAT SEKTORUNA VERİLƏN KREDİTLƏR ARTIB
31 Dekabr 2019-cu il tarixinə “Muğanbank” ASC-nin ümumi kredit portfeli sabit qalsa da, Bank kreditləşmə istiqamətlərində müəyyən dəyişikliklər etmiş və istehlak kreditlərindən daha çox kənd təsərrüfatı və inşaat sektoru üzrə fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi üçün vəsait ayırmışdır. Belə ki, kənd təsərrüfatı sektoruna verilən kreditlərin həcmi 23 milyon 797 min manat və ya 62.2% artaraq, 62 milyon 50 min manat təşkil etmişdir. İnşaat sektorunda fəaliyyət göstərən müəssisələrə verilmiş kreditlər isə 27 milyon 471 min manat və ya 82.2% artaraq, 60 milyon 884 min manat təşkil etmişdir.
BANKA YERLƏŞDİRİLƏN MÜŞTƏRİ ƏMANƏTLƏRİ DƏ ARTIB
2018-ci illə müqayisədə 2019-cu ildə “Muğanbank” ASC-nin depozit portfeli 57 milyon 28 min manat artaraq 336 milyon 491 min manata yüksəlib. Müddətli əmanətlərin həcmi sabit qalsa da, artım əsasən cari hesablarda baş vermişdir.
SƏHMDAR KAPİTALI YÜKSƏLİB
Dövr ərzində Bank səhmdar kapitalında da artım həyata keçirmişdir. Belə ki, əlavə 7 milyon 500 min manat həcmində emisiya edilmiş və Bankın səhmdar kapitalı 95 milyon manatdan 102 milyon 500 min manata qalxmışdır.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 17 saat əvvəl
-
- 18 saat əvvəl
-
19 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb








.jpg)









