İrşad Electronics talassemiyalı uşaqlar üçün qan hədiyyə etdi
(®️) 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə İrşad Electronics-in rəhbərliyi və əməkdaşları könüllü olaraq qan veriblər.
“Ən gözəl hədiyyə həyatdır!” şüarı altında təşkil edilən aksiyada məqsəd irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara yardım etməkdir. Korporativ sosial məsuliyyət çərçivəsində təşkil edilən aksiyada yığılan qan ehtiyatı yoxlanılaraq qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda 3500-dən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan insanlar mövcuddur ki, onların böyük əksəriyyəti uşaqlardır. Həmin uşaqların həyatı qanvermə aksiyalarında toplanan qandan asılıdır.
Artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərən İrşad Electronics müxtəlif markalı mobil telefonların, məişət texnikasının və elektronika mallarının topdan və pərakəndə satışını həyata keçirir. Şirkət Samsung, HONOR və Xiaomi kimi məşhur brendlərin Azərbaycanda rəsmi distribüteridir. Hazırda, Azərbaycanda 30 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 21-i Bakıda, 1-i Masazırda, 1-i Xırdalanda, digərləri isə regionlarda yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)





