Rövnəq Abdullayev: "Neft erası başa çatıb"
Bu gün Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti "SOCAR Polymer"in imkanlarının sahibkarlara təqdim edilməsi ilə bağlı işgüzar görüş keçirilib.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, hazırda Mingəçevir, Neftçala, Qaradağ və Pirallahıda sənaye parkları və sənaye zonaları yaradılır: "Bu il Sumqayıt Kimya Sənaye Parkında 5 yeni müəssisə fəaliyyətə başlayacaq. Bu sənaye zonasında 10 rezident mövcuddur və onlar tərəfindən 1,2 milyard manat vəsait yatırılıb".
Ş. Mustafayev bildirib ki, Qaradağ Sənaye Parkında artıq bu il yeni 4 gəminin tikintisinə başlanılıb: "Gəmilərin sifarişçisi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dir və layihənin 30%-ini dövlət tərəfindən maliyyələşdiriləcək".
Onun sözlərinə görə, Neftçalada yaradılan sənaye zonasında 8 layihənin reallaşdırılması bu il yekunlaşacaq. "Bu cür layihələrə marağı nəzərə alaraq, digər rayonlarda da sənaye zonaları yaradılacaq. Belə ki, Hacıqabul rayonunda da sənaye sonasının yaradılması nəzərdə tutulur", - deyə Ş. Mustafayev qeyd edib.
Nazir bildirib ki, hazırda 130 layihəyə investisiya təşviqi sənədi verilib ki, bu da 1,25 mlrd. manatlıq layihələri əhatə edir: "Bu layihələrin reallaşdırılması 8 min yeni iş yerinin açılmasına səbəb olacaq".
O qeyd edib ki, Sumqayıtda inşa edilən "SOCAR Polymer" zavodunda ildə 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal ediləcək. "Zavod 2018-ci ilin mart ayında fəaliyyətə başlayacaq. Bu zavod ölkənin plastik məhsullara olan tələbatını tam ödəyəcək".
Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev isə bildirib ki, "SOCAR Polymer" layihəsi onun rəhbərlik etdiyi şirkət tərəfindən uğurla həyata keçirilir: "Bu layihəni SOCAR özü də həyata keçirmək iqtidarındadır. Ancaq ölkə başçısının tapşırığı ilə bu layihəyə müxtəlif şirkətlər cəlb edilib. Bizim məqsədimiz layihəyə olan marağı artırmaqdır".
Şirkət rəhbəri əlavə edib ki, neft erası başa çatıb: "Alternativ enerjinin payı durmadan artmaqdadır. Artıq 40-50 ildən sonra neftə olan tələbat azalacaq. Bu səbəbdən də kimya sənayesinin inkişafına böyük önəm verilməlidir. Azərbaycan kimyasının gələcəyi perspektivlidir. Bu səbəbdən də sahibkarları kimya sənayesində reallaşdırılan layihələrdə yaxından iştirak etməyə dəvət edirəm".
"Azərkimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev isə bildirib ki, son bir ildə Sumqayıtda propilen istehsalı 3 dəfə artıb: "Biz xammal bazamızı genişləndirmişik, xammal olan naftanın qazla əvəzlənməsinə başlamışıq. Bilirik ki, nafta təbii qazdan daha bahadır. Bunun üçün 32 km uzunluğunda iki boru kəməri çəkilib".
M. Babayev deyib ki, prezidentin tapşırığına uyğun olaraq "Azərkimya" bütün müəssisələrini müvafiq ekoloji standartlara uyğunlaşdırıb.
Daha sonra "SOCAR Polymer"in imkanları sahibkarlara təqdim edilib.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 2 saat əvvəl
-
3 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
3 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
4 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
4 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
4 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
























