“Səhv məlumatlar açıqlanır, kapitalı mənfi olan başqa banklar da ola bilər”
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov mətbuata açıqlamasında bildirib ki, fəaliyyəti dayandırılan 4 bankın hamısının kapitalı mənfi imiş. Onun sözlərinə görə, AGBank kapitalı mənfi 145 milyon manat, NBC Bankın kapitalı mənfi 23 milyon manat, AtaBank-da kapitalı mənfi 214 milyon manat, AmrahBankın kapitalı mənfi 77 milyon manatdır. Deməli, hər biri üçün 50 milyon manat minimal kapital tələbi nəzərə alınmaqla bu bankların xilası üçün ümumilikdə 659 milyon manat tələb olunur.
Tanınmış iqtisadçı Samir Əliyev Facebook səhifəsində yazıb ki, kapitalı mənfi olan başqa banklar da mövcud ola bilər:
“İndi bankların açıqlamalarına gələk. 2019-cu ilin sonuna Atabank istisna olmaqla digər 3 bank kapitalları barədə məlumatları açıqlayıblar. Ötən ilin sonuna NBC bank 58,3 milyon manat, AG bank 48,9 milyon manat, Amrahbank 11,5 milyon manat məbləğində kapitala malik olub. Hətta AG bank 2020-ci ilin martın sonuna kapitalın həcmini 49,2 milyon manat göstərib. İndi məlum olur ki, cəmisi bir neçə aya bankların hamısında kapital mənfiyə düşüb.
İndi ortaya bir sual çıxır. Mərkəzi Bank rəhbərinin dediyi kimi, banklar kapitalını itirərək zərərə düşübsə, bankların açıqladıqları məlumatlar niyə fərqli mənzərəni göstərir? Belə çıxır ki, bankların açıqladıqları məlumatlar reallıqdan tamam uzaqdır. Əgər belədirsə, deməli onlar tənzimləyici quruma səhv məlumatlar veriblər. Əgər açıqlanan məlumatlar şişirdilibsə, istisna deyil ki, digər banklarda da analoji vəziyyətdir və kapitalı mənfi olan banklar yenə mövcuddur.
Digər məsələ tənzimləyici qurumun məsuliyyətsizliyidir. Bankların fəaliyyətinə nəzarəti 2016-2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirib. Yalnız ötən ilin sonu nəzarət səlahiyyəti Mərkəzi Banka qaytarılıb. Belə olan halda niyə bu vaxta qədər bu 4 bankla bağlı zəruri addım görülməyib? Niyə imkan verilib ki, onların kapitalı nəinki 50 milyon manatlıq normativi pozsun, hətta mənfiyə düşsün. Bağlanan banklarda sığortalı əmanətlər qaytarılacaq. Bəs qorunmayan əmanətlərin taleyi necə olacaq? Sahibkarların alın təri ilə topladıqları və banklara etibar etdikləri vəsaitlərin taleyi necə olacaq? Sahibkarın, əmanətçinin nə günahı var ki, dövlət bu banklara düzgün nəzarət etməyib, bu azmış kimi onları bankları düzgün seçməməkdə qınayır. Artıq Palata yoxdur, Mərkəzi Bank isə səlahiyyəti yenicə əldə edib. Bəs günahkar kimdir? Niyə vaxtında tədbir görülmədi? Axı tənzimləyici qurumun işi preventiv tədbirlər göstərməkdir, post-faktum addım atmaq deyil”.
Həmçinin oxu
“AGBank və NBC Bankda da vəziyyət ürəkaçan deyil”Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
30 d. əvvəl
Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlanıb
-
-
43 d. əvvəl
50-dən çox ölkədə uşaq qidası qalmaqalı: Məhsullar bazardan yığışdırılır
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fed/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranı hədələdi: İnsanlar öldürüləcəyi halda, sizi çox sərt vurarıq
-
14 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
16 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Rəsmi məzənnələr açıqlandı
Fed/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
Ən çox oxunanlar
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Xalq Bankdan depozit seyfi xidməti








.jpg)

















