Unibank maliyyə vəziyyətini açıqladı
Bank 2020-ci ilin 1-ci rübünü mənfəətlə başa vurub“Unibank” KB ASC 2020-ci ilin ilk 3 ayının maliyyə nəticələrini açıqlayıb.
Unibank-dan Marja-ya daxil olmuş məlumata görə, 31 mart 2020-ci il tarixinə Bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 6.3 milyon manat təşkil edib.
Birinci rübün nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri 21 milyon manat olub. 2019-cu ilin 1-ci rübü ilə müqayisədə 2020-ci ilin 1-ci rübündə Unibankın faiz gəlirləri 11% artaraq 22 milyon manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın aktivlərinin həcmində 31 milyon manat - 4% artım qeydə alınıb. Bununla da hesabat dövrünün sonuna Bankın cəmi aktivləri 756 milyon manat təşkil edib.
İlin əvvəlindən Bankın məcmu kapitalının həcmində artım qeydə alınıb. Hesabat dövrünə Bankın məcmu kapitalının həcmi 8% artaraq 87 milyon manata çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə artım 57% və ya 32 milyon manat olub.
"İKİNCİ RÜB ASAN KEÇMƏYƏCƏK"
“Unibank” KB İdarə Heyətinin sədri Faiq Hüseynov 2020-ci ilin ilk rübünün maliyyə nəticələrini müsbət dəyərləndirib: “Ölkəmiz, eləcə də bank sektoru üçün o qədər də asan olmayan bu rüb ərzində komanda olaraq maksimum çalışdıq ki, iqtisadiyyatımıza dəstəyimizi bütün gücümüzlə davam etdirək. Unibank səhmdarları və rəhbərliyi koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarımıza mənfi təsirinin qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləyərək, bu işə öz töhfəsini verməkdə davam etdi. Bank, iqtisadiyyatdakı mümkün mənfi dəyişikliklərə xüsusilə həssas olan müştərilər üçün öz dəstək proqramını bir qədər də genişləndirdi. İkinci rübün də ölkə iqtisadiyyatı, eləcə də bank sektoru üçün o qədər də asan keçməyəcəyi aydındır. Bununla belə, Unibank olaraq ölkə iqtisadiyyatına, real sektora dəstəyimizi davam etdirmək, hər bir müştərimizin yanında olmaq, onlara xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq istiqamətində komandamızla birlikdə səylərimizi daha da artıracağıq”.
2020-ci ilin ilk rübü ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında iştirakını davam etdirib. Ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 65 milyon manat (və ya 14%) artaraq 521 milyon manata çatıb. İlin ilk 3 ayı ərzində xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi ötən ilin uyğun dövrü ilə müqayisədə 8% artıb.
Birinici rüb ərzində “Unibank”ın depozit portfeli 487 milyon manat təşkil edib. Müştərilərin tələbli depozitlərində isə ötən ilin uyğun dövrü ilə müqayisədə illik artım 14.9 milyon manat və ya 10% olub.
Unibank ölkədə nağdsız ödənişlərin tətbiqində aktiv banklar sırasında qalmaqda davam edir. 2019-cu ilin birinci rübü ilə müqayisədə 31 mart 2020-ci il tarixinə debet kartlarının sayında 37% artım qeydə alınıb.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 ilə yaxın mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
10 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
11 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
13 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti









.jpg)

















