4,8 milyard manatı "yedik-içdik"
2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 9,2 milyard manatlıq, o cümlədən 4,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,4 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi üzrə 1,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,9 faiz artım, qeyri-ərzaq malları üzrə isə 0,5 faiz azalma müşahidə olunmuşdur.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2019-cu ilin yanvar - mart aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 9 242,3 | 101,2 |
o cümlədən: | ||
ərzaq məhsulları | 4 338,2 | 103,1 |
içkilər və tütün məmulatları | 502,8 | 100,8 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 1 545,7 | 96,4 |
elektrik malları və mebellər | 528,4 | 100,1 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 63,6 | 98,3 |
əczaçılıq və tibbi mallar | 144,7 | 130,5 |
avtomobil yanacağı | 481,9 | 97,7 |
digər qeyri-ərzaq məhsulları | 1 637,0 | 100,8 |
Cari ilin birinci rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 16,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi elektrik malları və mebellərin, 5,2 faizi avtomobil yanacağının, 1,6 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2020-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 23,7 faizi ticarət müəssisələri, 47,8 faizi fərdi sahibkarlar tərəfindən, 28,5 faizi isə bazar və yarmarkalarda satılmışdır.
2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,5 faiz artmış, fərdi sahibkarlar üzrə 1,1 faiz, bazar və yarmarkalarda isə 11,0 faiz azalmışdır.
Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,4 manat və ya 2019-cu ilin müvafiq rübünün göstəricisindən nominal ifadədə 10,8 manat çox olmuşdur.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 162,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,3 manatlıq qeyri-ərzaq malları almışdır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 15 saat sonra
-
- 50 d. əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















