Neft daha da ucuzlaşdı
Neft qiymətləri, Beynəlxalq Enerji Agentliyinin (IEA) tələbdə bu il rekord azalma gözlədiyini açıqlamasının ardından kəskin düşüb. ABŞ xam neftinin qiyməti 20 dollardan da aşağı enib.OPEC+ qrupunun neft hasilatını azaltmaq qərarına baxmayaraq neft qiymətləri düşür. Səbəb koronavirusa görə neftə tələbin daha çox azalmasıdır.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 19:30-da Brent nefti 8,4% ucuzlaşma ilə 27,29 dollardan alıcı tapıb. Dünən neftin qiyməti 30 dollardan aşağı düşmüşdü.
ABŞ xam nefti isə 3.1% də ucuzlaşaraq 19.49 dollara geriləyib.
OPEC + koalisiyasının May ayından etibarən başlayacaq gündəlik 9.7 milyon barellik istehsal azaltması tarixin ən böyük hasilat azaldılması olsa da bu miqdar koronavirus səbəbindən tələbdə meydana gələn azalmadan çox aşağıdır. Dünyanın qabaqcıl neft ticarəti şirkətlərindən Vitol Group tələbin bu ay gündəlik 30 milyon barel düşməsini gözləyir.
Neft qiymətləri, Beynəlxalq Enerji Agentliyinin (IEA) tələbdə bu il rekord azalma gözlədiyini açıqlamasının ardından kəskin düşüb. IEA, neft tələbinin Apreldə gündəlik 29 milyon barel, 2020-ci ildə isə gündəlik 9 milyon barel azalacağını və bunun nəticəsində 10 ildir davam edən istehlak artımının ortadan qalxacağını qeyd edib.
Beynəlxalq Enerji Agentliyinin hesabatında OPEC+ koalisiyasının razılaşdığı neft azaltmasına baxmayaraq təklif artıqlığının anbarları tam doldura biləcəyi qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
3 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
35 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub




















