Cinayət məsuliyyəti yaradan hədd 2,5 dəfə artırılır – 20 MİN MANATDAN…
Vergidən yayınma cinayətinə görə məsuliyyət yaradan hədd də artırMilli Məclisə təqdim edilən Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı yeni layihədə 200-ə yaxın dəyişiklik təklif olunur.
Bunu açıqlamasında komitənin üzvü Kamal Cəfərov bildirib.
Millət vəkilinin sözlərinə görə, iqtisadi fəaliyyət sahəsində olan 18 cinayətə - qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qanunsuz kredit alma, kredit ödəməkdən yayınma, yalan reklam etmə, nəzarət markalarından qanunsuz istifadə, qanunsuz müflisləşmə, vergidən yayınma cinayətinə görə məsuliyyət yaradan hədd 2,5 dəfə artırılır - 20 min manatdan 50 min manata:
“Xeyli miqdarın anlayışı dəyişməklə, yəni miqdarı 20 min manatdan 50 min manata artırılmaqla məsuliyyət yaradan hədd də artırılır və 50 min manata qədər olan pozuntular İnzibati Xətalar Məcəlləsi ilə cəzalandırılır. Bu sahədə olan cinayətlərin sanksiyalarından biri daha yüngül cəza ilə əvəz edilir, bəzi hallarda daha yüngül sanksiyalar əlavə edilir".
O bildirib ki, alternativ cərimə növü də müəyyən edilir:
“Hazırda cərimə 2 üsulla müəyyən edilir. Birincisi, 20 min manatadək cərimə, ikincisi isə cinayət nəticəsində dəymiş ziyanın 1 mislindən 10 mislinədək miqdarda cərimə. Bu isə cənab Prezident tərəfindən həyata keçirilən dekriminallaşdırma siyasətinin səmərəli icrasına imkan vermirdi. Belə ki, dekriminallaşdırma siyasəti nəticəsində mülkiyyət əleyhinə və iqtisadi cinayətlər sahəsində zərərçəkmişlə barışan və dəymiş ziyanı tamamilə ödəyən şəxs eyni zamanda dəymiş ziyanın 1 mislindən 10 mislinədək dövlətə ödəniş etməliydi. İndi alternativ cərimə təklif edilir, alternativ cərimə dəymiş ziyanın 100 faiz məbləğinədəkdir. Misal üçün mülkiyyət əleyhinə olan bir sıra cinayətlərdə məsuliyyətdən azad edilməyin 3 tələbi var idi. Birincisi barışıq, ikincisi dəymiş ziyanı tamamilə ödəmək, üçüncü tələb isə dəymiş ziyanın 1 misli miqdarında dövlətə büdcəsinə ödəniş. İndi 3-cü tələb dəymiş ziyanın 100 faizi deyil, 25 faiz miqdarında müəyyən edilir”.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 21 saat sonra
-
-
7 d. əvvəl
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
- 40 d. əvvəl
-
1 saat əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
1 saat əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























