Kapitalın və əmlakın amnistiyası nəzərdən keçirilir
Azərbaycanda kapitalın və əmlakın amnistiyasının tətbiqi nəzərdən keçirilir. Bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, burada məqsəd iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsidir:
“Azərbaycanda əvvəllər də iqtisadi siyasətdə amnistiya elementləri olub. Prezident İlham Əliyevin təsdiq etdiyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Qanun əslində müəyyən dərəcədə vergi amnistiyası kimi qəbul edilə bilərdi. Bu qanunla faiz və maliyyə sanksiyaları üzrə borclar silinmişdi. Dünya təcrübəsində də amnistiyanın müxtəlif növlərinə, həmçininuğurlu və uğursuz nəticələrinə rast gəlmək mümkündü. Rusiyada 2015-ci ildən başlayaraq elan edilən iki amnistiya çərçivəsində 10 milyard avro vəsait deklarasiya edilmişdir, bu ilin martında bitən üçüncü amnistiyanın nəticələri isə hələ açıqlanmayıb. Gəlirlərin və kapitalın amnistiyası Hindistanda beş dəfə, Portuqaliyada dörd dəfə, Fransa, Avstriya və İrlandiyada iki dəfə keçirilib. Dünyada tətbiq edilən kapital, əmlak, vergi və gəlir amnistiyaları gözləntiləri müxtəlif səviyyələrdə doğrultmuşdur.”
Vüsal Qasımlı bildirb ki, sahibkarların vergi, statistika və digər dövlət orqanlarına təqdim etdikləri hesabatları müqayisə edəndə, həmçinin ev təsərrüfatlarının gəlirləri və xərclərini tutuşduranda “müşahidə olunmayan iqtisadiyyatın” konturlarını görmək olur: “Vergi və gömrük orqanlarının 2019-cu ildəki “kölgə iqtisadiyyatı” ilə səmərəli mübarizəsi nəticəsində büdcəyə proqnozdan əlavə 1 milyard manat vəsait daxil oldu. Azərbaycanda müşahidə olunmayan iqtisadiyyatın ÜDM-də payı rəsmi rəqəmlərə əsasən 8,7 faiz təşkil edir.Sərəncamda qalan gəlirlərin istifadəsi hesabının təhlili göstərir ki, ölkədə illik qənaətin həcmi 20-25 milyard manatdır. Buna görə də, dəqiq qiymətləndirmə çətin olsa da, kapital və əmlak amnistiyası elan olunacağı təqdirdə əhəmiyyətli bir məbləğin leqallaşması potensialının olduğunu demək mümkündür. Əslində kapital və əmlak amnistiyası “kölgə iqtisadiyyat”a qarşı mübarizənin məntiqi davamı ola bilər. Xüsusən, “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər sahibkarları stimullaşdırıcı və inzibati yollarla öz bizneslərini “ağartmağa” sövq edir.”
V.Qasımlının sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, kapitalın leqallaşdırılması onun sahiblərinin maraqlarını ifadə etməlidir: “Xüsusən də, kapitalın gəlirliliyi (Return On Equity) elə bir səviyyədə olmalıdır ki, leqallaşmadan sonra kapitaldan xalis gəlir əldə etmək imkanı çoxalsın. Əgər fürsət dəyəri (opportunity cost) uyğun olacaqsa, amnistiya kapital sahiblərini onu leqallaşdırmağa cəlb edəcəkdir. Bu gün bütün dünyada səhmlərin dəyəri düşdüyündən investorlar “nağd pul şah”dır deyirlər. Bu da bir şansdır ki, əllərdəki nağd pul leqallaşmağa meyllənsin. Bu ilin martında Azərbaycanda 20 min manatdan artıq bəzi pul sahibləri Maliyyə Monitorinqi Xidmətinə deklarasiya olunacağını bilib dollarlaşmaya getmədilər. Amnistiya belə kapital sahiblərinə də cəlbedici ola bilər.”
“Əlbəttə, inkişaf etməkdə olan ölkə kimi Azərbaycanda kapital və əmlak amnistiyasını çətinləşdirən amillər də var” - deyə Vüsal Qasımlı əlavə edib: “Məsələn, pandemiya başlayandan inkişaf etməkdə olan ölkələrdən 90 milyard dollar sərmayə çıxıb.”
Vüsal Qasımlının sözlərinə görə, ölkəmizin beynəlxalq miqyasda şəffaflıq təşəbbüslərinə qoşulması da kapital və əmlak amnistiyası üçün əlverişli haldır: “Azərbaycan maliyyə monitorinqi orqanlarının - Eqmont Qrupunun üzvüdür, Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi – MONEYVAL-da iştirak edir və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu – FATF-la əməkdaşlıq edir.”
Vüsal Qasımlının fikrincə, amnistiya nəticəsində leqallaşan kapital ölkədə investiya qoyuluşunun artımı, qiymətli kağızlar bazarının inkişafı, bank sektorunda canlanma, nağdsız dövriyyənin böyüməsi, büdcə gəlirlərinin artması və iqtisadi fəallığın yüksəlməsi ilə nəticələnə bilər:“Bunun üçün amnistiyanın forması, şərtləri, müddəti, məqsədləri, əhatəsi müəyyənləşdirilməli və ən əsası qarşılıqlı etimad mühiti təmin olunmalıdır. Kapital və gəlir amnistiyası elə həyata keçirilməldir ki, deklarasiya olunan vəsaitin həm də sərmayə kimi yatırılması imkanları olsun. Məsələn, deklarasiya olunan kapitalın hazırda tikintiyə istiqamətlənməsi daha çox multiplikativ effekt yaratmaq gücündədir. Deklarasiya olunan vəsaitlər banklar, investisiya fondları, marketmeyker institutları, investisiya şirkətləri, fond birjası, finteklər, investisiya bankları, sənaye parkları, aqroparklar, texnoparklar və başqa vasitələrlə real iqtisadiyyata yönlədirilə bilər.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
10 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul





















.jpg)

