"Hasilatın 10 milyon barel azaldılması sabitlik üçün kafi deyil"
Beynəlxalq Enerji Agentliyinin (IEA) sədri Fateh Birol, neft hasilatının gündəlik 10 milyon barel azaldılmasının neft bazarına sabitlik gətirməyə kifayət etməyəcəyini söyləyib.
Marja xəbər verir ki, Birol, verdiyi müsahibəsində, "Əgər bəhsi keçən gündəlik 10 milyon barellik azaltma reallaşdırılsa belə, bu ancaq yaxşı bir başlanğıc ola bilər və zaman qazanmamızda bizə kömək olar. Ancaq əlimizdəki rəqəmlərə görə, bu 10 milyon barellik azaltma ilə belə, anbarlarda gündəlik 15 milyon barellik artım görə bilərik. Bu səbəbdən, daha çoxunu etmək lazımdır", bildirib.
Birol sözlərinə belə davam edib:
"Hasilatın azaldılmasında bütün dünyadan ölkələrin daha geniş iştirakına ehtiyac olduğunu düşünürəm. Səudiyyə Ərəbistanı, neft bazarlarına sabitlik gətirməklə məşhur bir ölkə olaraq, bütün istehsalçıları və istehlakçıları bir araya gətirə bilər".
İstehlakçı ölkələrin strateji neft anbarlarını doldurmaları lazım olduğuna diqqət çəkən Birol, "Mövcud vəziyyət yalnız OPEC + koalisiyasının deyil, hər kəsin qatılmasını tələb edir. Neft istehsalçısı ölkələrin Bazar ertəsi günkü ola biləcək yığıncağı, qarşı-qarşıya olduğumuz böyük problemi həll etmək üçün yaxşı bir başlanğıc ola bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
7 d. əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
14 d. əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 16 d. əvvəl
- 25 d. əvvəl
- 2 saat əvvəl
-
18 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 18 saat əvvəl
-
19 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
19 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Ən çox oxunanlar
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır






.jpg)
.jpg)



.jpg)






